Avropa İttifaqı Avstriyaya qarşı araşdırmalara başlayıb
Avropa İttifaqı Avstriyaya qarşı müqavilə şərtlərini pozduğuna görə araşdırmalara başlayıb. Avropa Komissiyasının sosial məsələlər üzrə komissarı Marianne Tissen bildirib ki, araşdırmalara səbəb Avstriyanın uşaqlara görə ailələrə ödənilən müavinətlərin indeksləşdirilməsidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir ildən artıqdır hakimiyyətdə olan koalisiyalı hökumət ailələrə ödənilən uşaqpulunun həmin uşağın yaşadığı ölkənin həyat şərtləri əsasında indeksləşdirilməsi barədə qərar qəbul etmişdi. Belə ki, valideynləri Avstriyada yaşayıb-işləyən, özü isə digər bir ölkədə yaşayan uşaqlar üçün uşaqlara müvafiq müavinət həmin ölkənin həyat şərtlərinə uyğunlaşdırılıb. Avstriya hökumətinin bu addımı valideynlərlə yanaşı, bir çox Şərqi Avropa ölkələrinin rəsmiləri tərəfindən etirazla qarşılanıb. İndiyədək yeddi Şərqi Avropa ölkəsi bu addımına görə Avstriyaya qarşı Avropa Komissiyasına şikayət ünvanlayıb. Uşaqlara görə ödənilən müavinətlərin indeksləşdirilməsi, ümumilikdə, 125 min uşağa şamil olunur və onların əksəriyyəti Slovakiya, Macarıstan, Polşa və Rumıniyada yaşayırlar. İndeksləşmə sayəsində Avstriya hökuməti hər il 114 milyon avroya qənaət etmək niyyətindədir.
Komissar Marianne Tissen bildirib ki, Avstriyanın indeksləşdirməyə dair qərarı olduqca qeyri-ədalətli yanaşmadır: "Avropa İttifaqında ikinci kateqoriyalı işçi kütləsi olmadığı kimi, ikinci kateqoriyalı uşaqlar da ola bilməz". Avropa Komissiyasının apardığı ilkin analizlər göstərib ki, Avstriyanın qəbul etdiyi bu qərar Aİ qanunları ilə ziddiyyət təşkil edir. Komissar qeyd edib ki, Avstriyada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan şəxslər bu ölkənin sosial sisteminə öz töhfələrini verirlər və onların övladları harada yaşamasından asılı olmayaraq, müavinətləri tam şəkildə almaq haqqına sahib olmalıdırlar.
Rəsmi Vyana iki ay müddətində Avropa Komissiyasına yeni qaydalarla bağlı izahat verməlidir. Əgər məsələ qarşılıqlı anlaşma yolu ilə həllini tapmazsa, Avstriya dövlətinə qarşı Avropa Ədalət Məhkəməsi qarşısında iş açıla bilər.
Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss Brüsselin mövqeyinə görə narahatlıq keçirmədiklərini bildirib. O qeyd edib ki, Avstriya hökuməti qəbul etdiyi qərarı düzgün və Avropa qanunlarına konform hesab edir, eyni zamanda, Avropa Komissiyasının indeksləşməni yoxlamaq hüququnu da qəbul edir. Əgər komissiya Avstriyanın dəlillərini yetərli hesab etməzsə, o zaman yekun söz Avropa Ədalət Məhkəməsində olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı





