Yenə gəliblər - Bu səfər nə qədər əhəmiyyətlidir?
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Səfərin məqsədi ilə bağlı ATƏT-dən bildiriblər ki, Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaqlar:

Lakin vasitəçilərin regiona məhz indi səfər etməsi və məqsədin də gərginliyin azadlması olması ilə bağlı verilən açıqlama o qədər anlaşılan deyil. Ümumiyyətlə, həmsədrlərin bu səfəri heç də birmənalı qarşılanmır. Bəziləri bunu sülh danışıqlarının davam etdirilməsi baxımından normal hadisə hesab etsələr də, digərləri bu addımı mənasız hesab edir.
Məsələn, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin indiki məqamda regiona səfər etməsi əhəmiyyətsiz bir şeydir:

"ATƏT-in səfərin məqsədi ilə bağlı məlumatı yalnız söz yığnağıdır. Onlar hər səfərdən əvvəl eyni sözləri deyirlər. Bu sözlərin ümumiyyətlə əhəmiyyəti yoxdur. Niyə? Ermənistan parlament seçkilərinə hazırlaşır. Nikol Paşinyan bu dəqiqə Qarabağ yox, seçkiləri düşünür. Onun məqsədi hazırda dekabrda parlament seçkilərində qalib gəlməkdir. Bu hələ qələbə çalacaq, hökuməti formalaşdıracaq, daha sonra 2-3 ay da keçəcək, yalnız bundan sonra bəlkə o, Qarabağ məsələsi ilə məşğul olmağa başlaya.
Ümumiyyətlə, hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu ərəfədə bölgəyə səfər etməsi tam mənasızdır. Çünki seçkilər varsa, onun nəticələrini gözləməlidirlər. Ondan sonra Ermənistanda kim baş nazir olacaqsa, onunla danışıqlar aparılmalıdır.
Azərbaycana da gəlmələrinin əhəmiyyəti yoxdur, çünki Azərbaycanın öz mövqeyini dəfələrlə bildirib və mövqe onlara bəllidir.
İndiki halda Ermənistan nəsə addım atmalıdır ki, sülh prosesi real işləməyə başlasın. Lakin onlar bu addımı atmırlar. Ona görə də bu səfəri əhəmiyyətsiz hesab edirəm".

Politoloqun fikrincə, həmsədrlərin gəlib-getməsinin nə cəbhədə gərginliyə, nə də Ermənistanda seçkilərin gedişinə hansısa təsiri olacaq: "Bu səfərin Ermənistana da bir o qədər sərf etdiyini düşünmürəm. Paşinyan bununla xal qazanası deyil. Etiraf etmək lazımdır ki, onun reytinqi heç də aşağı deyil və böyük ethimalla rəhbərlik etdiyi partiya parlamentdə səs çoxluğu qazanacaq. Həmsədrlərin gəlib-gəlməməsi də onun reytinqinə ciddi təsir göstərməyəcək.

Bölgədə gərginliyin aradan qaldırılmasına gəlincə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Düşənbə görüşündən sonra onsuz da bu gərginlik nisbətən azalıb. Düzdür, atəşkəs pozulur, amma bu daha əvvəlki qədər deyil. Ona görə də belə açıqlamalar mənasızdır. Bu səfər cəbhə xəttində gərginliyin azalmasına təsir etməyəcək. Bir daha deyirəm, əgər atəşkəs intensiv pozulurdusa, Düşənbə görüşündən sonra bu intensivlik azalıb. Əslində, Ermənistan indi özünü gərək sakit aparsın. Əsk halda cəbhə bölgəsində vəziyyət gərginləşsə, seçkilərin gedişi pozula, hətta baş tutmaya bilər. Bundan da Paşinyana müxalif qüvvələr, Sarkisyan və Köçaryan istifadə edə bilər. Bu da Paşinyanın maraqlarına cavab vermir. Elə məhz ona görə Paşinyanın seçkilərin vaxtını 2019-u ilin mayından 2018-ci ilin dekabrına geri çəkdi ki, məsələni qısa müddətdə bitirsin. Birincisi, qorxur ki, Rusiya hansısa müdaxilə edə bilər, ikincisi isə daxildəki müxalif qüvvələr ona qarşı çevriliş planını hərəkətə gətirə bilər. Onun əsas qorxusu məhz bunlardır. Paşinyan indi bunları dəf etməyə çalışır. Yoxsa həmsədrlərin gəlib-getməsi onun üçün o qədər də maraqlı deyil".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)





