Siyasət
Ombudsman illik məruzəsini Milli Məclisə təqdim etdi
2 Aprel 2010 13:26
Baxış: 314
APA-nın məlumatına görə, məruzəni Ombudsamn Elmira Süleymanova təqdim edib. E. Süleymanova deyib ki, ötən il müvəkkilin ünvanına 8800 müraciət daxil olub. Bu müraciətlərdən 7365-i (83,7%) şikayətdir. Şikayətlərin 982-si (13,3%) məhkəmə, 415-i (5,6%) prokurorluq, 1239-u (16,8%) polis (bunlardan 112, yəni 9% dövlət yol polisi ilə bağlı), 688-i (9,3%) yerli icra hakimiyyəti orqanları, 441-i (6%) məhkəmə qərarlarının icra edilməməsi, 205-i (2,8%) isə bələdiyyələrlə bağlı olub.
Müvəkkilin məruzəsində yerlərdəki bəzi məmurların diqqətsizliyi və özbaşınalığı nəticəsində süründürməçiliklə, biganəliklə üzləşən insanların mərkəzi orqanlara müraciət etmək məcburiyyətində qaldıqları qeyd olunub, belə halların insanların istər fiziki, istərsə də maddi cəhətdən çətinliklərlə üzləşməsinə, narahatlıq və narazılığına səbəb olduğu bildirilib: "Şikayətlərin təhlili onu deməyə əsas verir ki, vətəndaşların müraciət etmək hüququnun təmin edilməsində əsas maneə sayılan bir sıra bürokratik əngəllər qalmaqdadır və bəzi məmurlar şəxsi mənafelərini hələ də insanların qanuni mənafelərindən və ehtiyaclarından üstün tuturlar. Ümumiyyətlə, şikayətlərin artmasına səbəb və narahatlıq yaradan hallardan biri də məhz əhalinin qayğı və çətinliklərinə diqqət verməyən, onların problemlərini həll etmək iqtidarında olmayan, ən müxtəlif məsələlərlə yerli qurumlara üz tutan vətəndaşlara münasibətdə laqeydlik göstərən məmurların yarıtmaz fəaliyyəti olub".
E. Süleymanova həmçinin bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51060 müraciət daxil olub. Müraciətlərin 83,7 faizi şikayətlərdən, 16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarətdir: "Konstitusiya qanununun tələblərinə müvafiq olaraq, müvəkkil şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, yəni ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı gəlməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən ərizələrin 48,9 faizinə baxılmaqdan imtina edib. Şikayətlərin 51,1 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 44,7 faizi təmin olunub ki, bu da təxminən Avropa və postsovet məkanında mövcud olan göstəricilər səviyyəsindədir". Ombudsmanın illik məruzəsinin təqdimatı davam edir.
/APA/

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
XƏBƏR LENTİ
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
Qızıl bahalaşdı
-
Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun (Fotoları)
-
Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - Yenilənib
-
UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar