Əli Əhmədov: "İlham Əliyevə səs vermək sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir"
Cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Biz növbəti dəfə "İlhamla İrəli!" şüarı ilə seçki kampaniyasına başlamışıq.
Milli.Az yap.org.az-a istinadən bildirir ki, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov prezident seckilərinin təbliğat- təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda keçirilən mitinqdə çıxışı zamanı deyib.
Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Onun sözlərinə görə, Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu güclənməkdədir.
YAP Sədrinin müavini qeyd edib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
"Ona görə də biz yenə də "İlhamla İrəli!" deyərək seçki kampaniyasını uğurla aparırıq. Cənab İlham Əliyev 15 il ərzində Azərbaycan üçün möhtəşəm nailiyyətlərə imza atıb. Bu səbəbdən də, İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir. O, hər bir azərbaycanlının firavanlığı üçün çalışır. Buna görə də bütün xalqımız İlham Əliyevi sevir, Onu dəstəkləyir. İstər gənc olsun, istər qadın, istərsə də yaşlı nəslin nümayəndələri - bütün vətəndaşlarımız cənab İlham Əliyevə inanır və etimad göstərirlər. Çünki cənab İlham Əliyevə səs vermək sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir" - deyə, Əli Əhmədov vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi





