Rob Sobhani: "Birinci vitse-prezident Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir.
Milli.Az bildirir ki, bunu Trend-ə "Caspian Group Holdings"in (ABŞ) baş direktoru Rob Sobhani deyib.
R.Sobhani qeyd edib ki, Mehriban Əliyevanın gördüyü ictimai işlər, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə elm və təhsil, humanitar və mədəniyyət, sosial və ekologiya sahələrində həyata keçirilən çoxsaylı layihələr göstərir ki, Mehriban xanımın çox böyük ürəyi var:
"Bununla yanaşı, o, xeyriyyəçilik işinin daha çox harada zəruri olduğunu dəqiq bilir: bu, Pakistanda məktəb və ya Vaşinqtonda məhdud imkanlı uşaqlar üçün məktəb ola bilər. İstər Pakistan olsun, istərsə də Amerika, Mehriban Əliyeva sübut etdi ki, böyük ürəyə sahibdir və onun xeyriyyəçilik fəaliyyəti qlobal əhəmiyyətə malikdir. ABŞ KİV-də Mehriban Əliyeva haqqında məqalə dərc etdiyim vaxtlarda - bir neçə həftə əvvəl mənə ABŞ fondlarından çoxlu zəng gəldi. Onlar Mehriban Əliyeva və Heydər Əliyev Fondu ilə əməkdaşlıq etmək istədiklərini bildirirdilər".
O vurğulayıb ki, Mehriban Əliyeva sözdə deyil, əməldə xeyriyyəçiliklə məşğuldur: "Məhz bu keyfiyyət Mehriban xanımı unikal dövlət xadimi edir".
R.Sobhaninin sözlərinə görə, Bakıda İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi bir daha göstərdi ki, Mehriban Əliyeva uzaqgörən rəhbər və yaxşı təşkilatçıdır, belə irimiqyaslı tədbirin təşkili kimi işin öhdəsindən asanlıqla gələ bilər:
"Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi region və bütün dünyaya, xüsusilə də müsəlman dünyasına ismarıc idi ki, Azərbaycan iri tədbirləri keçirməyə hazırdır, qadirdir və ailəvi səyahət edə və özünü təhlükəsiz hiss edə biləcəyin ölkədir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
-
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
-
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bakı riyakarlıq fabrikasına qarşı: insan haqlarını kim və niyə silaha çevirir
-
Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
Dövlət Sosial Müdafiə Fondunda YENİ TƏYİNAT
-
Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...
-
Babək Niftəliyevə vəzifə verildi
-
Keyn Messi və Ronaldonun uğurunu təkrarladı
-
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Çağatay haqqında yayılan FOTO saxta çıxdı
-
Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
-
Emil Bədəlovun xanımı və qızları - FOTO
-
Konte "Napoli" ilə yollarını ayırdı
-
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib
-
Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Filarmoniyanın yubileyi münasibətilə Bakıda konsert proqramı ilə çıxış edəcək
-
Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhər ərazisində obyektlərin birgə inkişafına dair saziş imzalayıblar - FOTO
-
Bakı riyakarlıq fabrikasına qarşı: insan haqlarını kim və niyə silaha çevirir
-
Yeni klubu Toralı belə təqdim etdi - VİDEO
-
Maya Sandu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kavelaşvili Prezident İlham Əliyevi təbrik edib
-
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycan Dövlət Xor Kapellasının möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
Əli Əmirlinin "Kişi və qadın" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bakıda hava pisləşəcək: yağış yağacaq





