Bakıda Qüds problemi ilə bağlı beynəlxalq konfrans keçirilir - FOTO
Bakıda Qüds problemi ilə bağlı 4-cü beynəlxalq konfrans keçirilir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, BMT və İƏT tərəfindən təşkil olunmuş tədbirdə beynəlxalq təşkilatların təmsilçiləri və diplomatik korpusun nümayəndələri iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev deyib ki, Qüds məsələsi həlli olunmadan Ərəb-İsrail münaqişəsi həll edilməyəcək.
Azərbaycanın Qüds məsələsinə aid BMT qətnamələrinin dəstəklədiyini deyən Ş. Abdullayev hazırda bölgədəki mənfi halların vəziyyəti daha da gərginləşdirdiyini və fələstinlilərin vəziyyətini çətinləşdirdiyini deyib. O, Şərqi Qüdsdə yaşayan fələstinlilərin müqəddəs yerlərlə bağlı mövqeyini və BMT-nin iki dövlətin yanaşı yaşaması üzrə qətnamələri dəstəklədiyini vurğulayıb.
BMT baş katibinin köməkçisi Miroslav Ença isə Ərəb-İsrail münaqişəsi ilə bağlı danışıqların nəticəsiz qaldığını söyləyib. Onun qənaətinə görə, BMT-nin iki dövlət planı daimi sülhün və fələstinlilərin haqlarının bərpası üçün yeganə yoldur. M. Ença bildirib ki, İsrail dövlətinin süni məskunlaşması planının qarşısı alınmalıdır, fələstinlilərin daxilindəki ədavətə son qoyulmalıdır.
Fələstin xalqının hüquqlarının müdafiəsi komitəsinin sədri Rafael Dario Ramires isə Qüdsdə baş verənlərin bütün dünyaya təsir etdiyini deyib. Onun sözlərinə görə, bu məsələ dini fanatiklərin əlindən alınmalıdır, orada yaşayan insanların xeyrinə çevriləcək danışıqlar aparılmalıdır. O qeyd edib ki, turizm və infrastrukturun bərpası Qüdsün fələstinlilər yaşadığı hissəsinin inkişafına təkan verəcək.
İƏT baş katibinin köməkçisi Samir Bakr təşkilatın Qüds və fələstinlilərin müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib. Onun qənaətinə görə, hazırda Qüdsdə baş verənlərin beynəlxalq hüquq və Cenevrə konvensiyasının kobud pozulmasıdır. Bunun regional təhlükəsizliyə təhdid olduğunu deyən S. Bakr bildirib ki, İsrail "status-kvo"nu qorumaq istəyir, beynəlxalq hüquq normalarını pozur və məskunlaşma siyasətini aparır.
Fələstinin BMT-dəki daimi nümayəndəsi Riad Mansur isə dindar insanların müqəddəs yerlərə getmələrinin qarşısının alınmasının qəbuledilməz olduğunu söyləyib. Fələstin prezidenti Mahmud Abbasın danışıqlar yolu ilə münaqişəyə son qoyulmasının tərəfdarı olduğunu deyən R. Mansurun sözlərinə görə, İsrailin bir neçə gün əvvəl atdığı ekstremist addımlar hazırkı İsrail hökumətinin sülhün bərqərar olunmasında maraqlı olmadığını sübut edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tramp Kanadanı hədələdi
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
XƏBƏR LENTİ
-
Aparıcı Şəbnəm: "O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - (Video)
-
Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
-
“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır
-
Tramp Kanadanı hədələdi
-
Moskvaya kütləvi PUA hücumu: 26 yaralı var - (Video)
-
Həftəsonu yol çıxacaq olan sürücülərin nəzərinə
-
Final oyununu idarə edəcək hakim barədə şok fakt; Narkotik alveri, fahişəlik şəbəkəsi... - (Foto)
-
Kremlin neft tələsində: Rusiya niyə həm ucuz, həm də bahalı neftdən uduzur
-
Türkanın müzakirə yaradan paylaşımı: "Qal, yana-yana" - (Video)
-
Türkiyədə güclü zəlzələ oldu
-
Xırdalanda çoxmərtəbəli binada güclü yanğın
-
İrana qarşı 7-ci gecə hücumları başa çatdı
-
Neftimiz bahalaşdı
-
"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi





