ABŞ-ın nüfuzlu düşüncə mərkəzində Azərbaycan və regionun strateji əhəmiyyəti müzakirə edilib - FOTO
10 iyul tarixində Vaşinqton şəhərində hazırda nüfuzlu düşüncə mərkəzi olan "İrs Fondu"nda (Heritage Foundation) "Təhlükəsizlik və İqtisadi İnkişaf: İpək Yolu və Xəzər" mövzusunda tədbir keçirilib.
Milli.Az xəbər verir ki, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzlərinin əməkdaşları və müxtəlif ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açmış İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətini vurğulayıb. Bundan sonra çıxış etmiş Ağ Evin Mərkəzi Asiya üzrə direktoru Devid Qembl regionun əhəmiyyətini qeyd etmiş və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirib. O, geniş əməkdaşlıq imkanlarından danışaraq əsasən iki istiqaməti vurğulayıb: təhlükəsizlik və iqtisadi əməkdaşlıq. D.Qembl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd edib.
Daha sonra regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstanın ABŞ-dakı səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtiyar İbrahimov çıxış edib. Paneldə İrs Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofi moderatorluq edib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ABŞ dövlət katibi Reks Tillerson arasında 10 iyul tarixində keçirilmiş görüşü xatırladıb, tərəflər arasında geniş çeşidli məsələlərin, o cümlədən Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi"nin icrasının müzakirə edildiyini qeyd edib, Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin də müasir İpək Yolunda əlavə bir beynəlxalq enerji magistralı yaratdığını söyləyib. E.Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında daha da fəal səylər göstərməyə çağırıb.
Daha sonra ölkəmizin müasir İpək Yolunda oynadığı vacib rola toxunan E.Süleymanov Qərb-Şərq daşımalarının daha da sürətləndirilməsi məqsədilə Azərbaycanın region ölkələri ilə sıx işlədiyini qeyd edib. Səfir bu yaxınlarda Azərbaycanın təşəbbüsü ilə altı regional dövlətin Vaşinqtonda təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumunu qeyd edərək, müstəqillik əldə etdikdən sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq etməklə regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə həm beynəlxalq inkişafa, həm də regional sülh və rifaha töhfə verdiklərini bildirib.
Yaxın Şərqdə cərəyan edən radikalizm və qeyri-sabitlik kontekstində E.Süleymanov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri mötədil və dünyəvi cəmiyyətlər qurur və tərəqqi və inkişafa yönəlmiş bu yanaşma təqdir edilməlidir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə quruculuq işi fonunda səfir xüsusi vurğulayıb ki, radikallıq yalnız dini baxışlardan deyil, həmçinin etnik əsaslı ideologiyalardan qaynaqlanır və buna misal olaraq torpaqlarımızı işğal etmiş və dinc sakinlərə divan tutmuş Ermənistanı misal gətirib. Bu yaxınlarda iki yaşlı azərbaycanlı körpə Zəhra Quliyeva və onun nənəsini qəsdən qətlə yetirən Ermənistan tərəfi belə addımları ilə nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda öz gələcəyini uçuruma aparır. Səfir ABŞ-ı Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində daha fəal səylər göstərməyə çağırıb.
Hazırda regionda fiziki infrastrukturun tikilib qurtarmaq üzrə olduğunu söyləyən E.Süleymanov Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə işləyərək sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üzərində çalışdığını qeyd edib. Azərbaycan diplomatı bu sahədə ən yaxşı dünya təcrübələrinin öyrənildiyini qeyd edib. Eyni zamanda, E.Süleymanov Azərbaycanda ilk tətbiq olunan, şəffaflığın təmin edilməsində ciddi uğur olan və bütün dünyada təqdir olunan "Asan Xidmət" layihəsinin xidmət göstərmədə vətəndaşlara gətirdiyi rahatlığı vurğulayıb və bunun bir yaxşı örnək kimi digər dövlətlər tərəfindən də öyrənilməli olduğunu qeyd edib.
Növbəti paneldə regionun iqtisadi məsələləri müzakirə edilib. Xəzər Siyasət Mərkəzinin rəhbəri Əfqan Niftiyevin moderatorluq etdiyi bu paneldə natiqlər qismində ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisinin xarici siyasət məsələləri üzrə müşaviri səfir Riçard Norland, qazaxıstanlı təhlilçi Timur Şaimergenov və Enerji, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin direktoru Ariel Kohen çıxış ediblər.
Çıxış edən digər natiqlər də Azərbaycanın regionda oynadığı strateji rolu qeyd etmiş və aparılan regional əməkdaşlığı təqdir ediblər.
Qeyd edək ki, bu tədbir İrs Fondu ilə yanaşı Xəzər Siyasət Mərkəzi və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən təşkil olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb (Foto)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov
XƏBƏR LENTİ
-
"Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Bəy gəlinə gül əvəzinə görün nə verdi – Tənqid olunan görüntü - (Video)
-
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir"
-
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
-
Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın
-
Xalq artistimizin arxiv fotoları yayıldı: Rafet El Romanla 2001-ci ildə... - (Foto)
-
Gəncədə ağır qəza - Yaralı var (Foto)
-
Meksikada 7,4 ballıq zəlzələ olub - Yenilənib
-
ABŞ İrana qarşı yeni zərbələrə başlayıb
-
FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi
-
"İstirahət burnumuzdan gəldi"
-
Beşiktaş Salahla razılaşdı - Müqavilənin təfərrüatı
-
"Ərinizin subay dostlarını evinizə buraxmayın"
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Albalı tumlarını çıxarmağın ən praktik yolu
-
ABŞ-dən Azərbaycana qırıcı təyyarə satışına dair çağırış
-
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)
-
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi
-
Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu
-
Əkbər Əlizadənin qızı birinci yerə çıxdı
-
İlqar Əkbərov vəfat etdi
-
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"





