Siyasət
“Metsamor AES-də fəsad yaransa, region təhlükə altında qala bilər”
28 Aprel 2011 15:22
Baxış: 179
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) seysmik təhlükəli zonada yerləşən bir obyekt kimi qonşu ölkələrlə yanaşı Avropanı da narahat etməyə başlayıb. İstismar müddəti başa çatmış bu obyekt real təhlükə mənbəyidir. Ekspertlərə görə, hər hansı bir təkanın olması çox ciddi fəsadlara gətirə və bundan Azərbaycanla yanaşı Türkiyə, İran, Gürcüstan da ziyan çəkə bilər.
Politoloq, millət vəkili Aydın Mirzəzadə problemlə bağlı deyib ki, Azərbaycan əvvəllər də kifayət qədər aktiv zonada yerləşən Metsamor AES-in region üçün təhlükə törətməsi barədə dəfələrlə çox ciddi iddia qaldırsa da, təəssüf ki, bu məsələyə soyuq münasibət var idi. Lakin Yaponiyada baş verən hadisədən sonra yaranan vəziyyət Ermənistanda yerləşən bu stansiyanın da böyük problemli bir qurğu olması həqiqətini ortaya qoydu. O bildirib ki, stansiyanın təhlükəli olmasına zərurət yaradan amillər onun aktiv seysmik zonada yerləşməsi, sovet texnologiyası ilə tikilməsi və indiki tələblərə cavab verməməsidir. Millət vəkilinin sözlərinə görə, əgər bu stansiyada hər hansı fəsad yaranarsa, o zaman böyük bir regionu təhlükə altında qoya bilər. Məsələnin artıq ciddi şəkildə araşdırılmağa başlandığını söyləyən Mirzəzadə hesab edir ki, araşdırmaların təsirinin olacağını gözləməyə dəyər: "Artıq Beynəlxalq Atom Enerjisi Təşkilatı bununla maraqlanmağa başlayıb. Region dövlətləri bu məsələ ilə bağlı müraciət edirlər. Hər halda bu məsələ beynəlxalq siyasətin gündəminə gəlməyə başlayıb. Ermənistan buna mane ola bilməz və məsələni özü bildiyi kimi həll etməsi də mümkün deyil. Bizim əsas istədiyimiz, regionu gələcək təhlükələrdən xilas etməkdir".
Politoloq Cümşüd Nuriyev isə Metsamor AES-in sovet vaxtında tikildiyini və Ermənistanın enerji ilə təminatında böyük rol oynadığını deyib. Onun sözlərinə görə, bununla yanaşı, Ermənistan vahid Zaqafqaziya qovşağından da enerji alıb, özünün hidroelektrik stansiyaları da olub. SSRİ dağılandan, həmçinin İrəvanın qonşularla müharibəyə başlamasından və Azərbaycanın ərazisini işğal etməsindən sonra həmin vahid energetika şəbəkəsi dağılıb. Ermənistan yanacaq, maliyyə imkanları məhdudlaşandan sonra daha çox Metsamor AES-dən asılı vəziyyətə düşüb. Ekspert hesab edir ki, bu stansiya köhnəldiyindən onun təhlükəsizliyi də çox aşağı səviyyədədir: "Düzdür, Rusiya gəlib Metsamoru bir qədər modernləşdirdi. Bununla yanaşı, Avropa təşkilatları tələb edirlər ki, Ermənistan onu bağlasın. Ermənistan isə vəziyyəti belə izah edir ki, əgər stansiyanı bağlasa, gərək xalqı qırılsın, işıqsız, enerjisiz qalsın. İndi Ermənistanla Rusiya arasında saziş imzalanıb. Rusiya bu dövlət üçün yeni stansiya tikəcək. Təbii ki, havayı, ermənilərin xatirinə. Ermənistan Rusiyanın pulunu qaytarmağa qadir deyil. Amma yeni stansiya tikilənə qədər hələ Metsamor işləməli olacaq. Hərçənd ki, qonşular, Azərbaycan, İran, Türkiyə, Gürcüstan və Avropa da bu stansiyanın mövcudluğundan narahatlıqlarını bildirirlər".
"525-ci qəzet"

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb