Siyasət

Müsavat Partiyasının qərargahında axtarış aparılıb

26 Aprel 2011 17:34
Baxış: 265
Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları Müsavat Partiyasının Binəqədi rayonunda yerləşən mərkəzi qərargahında axtarış aparmağa başlayıb. Bu barədə APA-ya partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib. G. Aslanlı hüquq-mühafizə orqanları əməkdaşlarının onlardan İctimai Palata ilə bağlı sənədləri istədiklərini bildirib: "Biz həmin sənədləri onlara təqdim etməyə razılaşmışıq".

Respublika Baş Prokurorluğundan Müsavat Partiyasının qərargahında axtarış aparıldığı təsdiqlənib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, partiyanın qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə və məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.