Siyasət

Prezident İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

19 Aprel 2011 16:18
Baxış: 196
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Səfir Aleksandr Mişenko fəxri qarovul dəstəsinin qarşısından keçib.

Aleksandr Mişenko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycan və Ukraynanın dövlət başçıları arasında möhkəm əlaqələrin olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. Kiyevə son səfərini xatırlayan Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ukraynaya və Ukrayna xalqına Azərbaycanda səmimi hisslərlə yanaşıldığını vurğulayan dövlət başçısı münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aleksandr Mişenko ilk gündən azərbaycanlı həmkarları ilə sıx əlaqələr yaratdığını deyib, ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.  

Milli.Az











Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.