Siyasət
Millət vəkili: “Avropa Şurası siyasi məhbusla bağlı ölçu meyarlarını müəyyənləşdirməlidir”
18 Aprel 2011 09:55
Baxış: 256
Son zamanlar, istər bəzi kütləvi informasiya vasitələrində, istərsə də siyasi dairələrdə siyasi məhbus anlayışı və onun ölçü meyarlarının müəyyənləşdirilməsi ətrafında müxtəlif fikirlər səsləndirilməkdədir. AzərTAc bu məsələyə aydınlıq gətirmək üçün Avropa Şurası parlament Assambleyasının (AŞPA) yaz sessiyasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Suleymanovdan açıqlama alıb.
-Elxan müəllim, siyasi məhbus məsələsi və onun ölçü meyarlarının müəyyənləşdirilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Sizin rəhbərlik etdiyiniz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosasiyası ( AVCİYA ) uzun müddətdir ki, bu problemlə məşğuldur və siyasi məhbus kriteriyasının müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atmışdır. Bu məsələ barədə Sizin fikrinizi bilmək maraqlı olar.
- Bilirsiniz ki, hazırda Avropa Şurasında ( AŞ ) "siyasi məhbus" anlayışı ilə bağlı poblemlər yenidən baş qaldırmışdır. Biz bu məsələ ilə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞPA) hüquqi məsələlər və insan haqları komitəsinin bu ilin martın 8-də Parisdə keçirilmiş yığıncağında bir daha öz mövqeimizi bildirmişik. Konkret olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Monitorinq komitəsində, mən isə hüquqi məsələlər və insan haqları komitəsində məsələyə münasibət bildirərək qeyd etmişik ki, nə qədər AŞ-ın siyasi məhbus anlayışı barədə ölçü meyarı yenidən müəyyənləşməmişdir, Azərbaycan hökuməti siyasi məhbus məsələsi ilə bağlı ölkəmizə təyin edilmiş məruzəçi ilə bu sahədə əməkdaşlıq etmək niyyətində deyil.
Monitorinq komitəsinin yığıncağında mən belə bir fikir səsləndirdim ki, Avropa Şurasının hüquqi sənədi olmadan və bununla bağlı ölçülər tam müəyyən edilmədiyindən hər hansı bir ölkədə siyasi məhbus araşdırılmasının aparılması qətiyyən düzgün deyil. Ona görə də Avropa Şurası, ilk növbədə, siyasi məhbus məsələsi ilə bağlı xüsusi sənəd hazırlamalıdır. Həmin sənəddə öz əksini tapacaq ölçu meyarları AŞ-a üzv olan 47 ölkənin hamısına şamil edilməlidir. Əlbəttə, bundan sonra hər hansı bir ölkədə siyasi məhbus araşdırılması məqsədəuyğyn hesab edilsə və hüquqi sənəd olarsa və həmin sənədlə bağlı AŞPA sessiyasında xüsusi qətnamə qəbul olunarsa, bu zaman Azərbaycan məruzəçi ilə hərtərəfli əməkdaşlıq edə bilər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və qurumun hüquqi məsələlər və insan hüquqları komitəsinin üzvü kimi mən AŞPA-nın sədri Mövlud Çavuşoğuna, hüquqi məsələlər və insan hüquqları komitəsinin rəhbəri Kristos Purquridesə və komitənin katibliyinə müraciət etmişəm. Müraciətdə komitənin üzvü, Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçi Kristof Ştrasser ölkəmizə qarşı qeyri-obyektiv mövqelərini davam etdirməsi barədə məlumat vermişəm. Belə ki o, siyasi məhbus məsələsi istiqamətində heç bir araşdırma aparmadan 2001-ci ildə Cənubi Afrika üzrə tətbiq etdiyi ölçü meyarlarından istifadə etməklə, onları tamamilə fərqli bir ölkəyə-Azərbaycana tətbiq etməyə çalışır. Belə bir qeyri-obyektivliyi bir tərəfə qalsın, o, 2011-ci ilin martında Almaniya Bundestaqının üzvləri arasında "Bəxtiyar Hacıyev və Cabbar Savalanlının dərhal azad edilməsi barədə çağırış" adlı sənəd yayıb. Sənəddə onların dərhal azad eilməsi tələb edilib. Ştrasser Bundestaq deputatlarını bu sənədə imza atmağa çağırıb. O, eyni zamanda Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçi mandatını yerinə yetirməsi səbəbindən neytral mövqedən çıxış etməli olduğunu əsas gətirərək, özünün həmin sənədi imzalamağa ixtiyarı olmadığını bəyan edib. Bu sənədə imza atdığı təqdirdə neytrallığı pozacağını bildirib. Əslində Ştrasser etdiyi müraciətlə neytral mövqe tutmaq prinsipini pozub. Çünki Azərbaycan üzrə məruzəçi təyin edilmiş almaniyalı deputat belə bir addımı atmamalı idi. Bununla da o, Azərbaycana qarşı qərəzli mövqe tutduğunu bir daha nümayiş etdirmiş oldu.
Yaz sessiyasının gedişi zamanı mən siyasi məhbus kritetiyasının muəyyənləşdirilməsi ilə bağlı məsələnin AŞ-da, hüquqi məsələlər və insan hüquqları komitəsində gündəmə gətirilməsi çoxsaylı Avropa ölkələri deputatlarında obyektiv fikir formalaşdıra bilib. Belə ki, Qərbi Avropanın 10 dövlətinin parlamentarları, beş siyasi qrupu təşkil edən 50-yə yaxın deputat büroya xüsusi sənəd hazırlamışlar. Bu sənəddə göstərilmişdir ki, Avropa Şurasının siyasi məhbuslarla bağlı ölçü meyarları yoxdur. Buna görə də bu meyarların müəyyənləşdirilməsi üçün büro məsləyə yenidən baxılması üçün qərar verməlidir. Sənədə mayın 27-də Kiyevdə keçiriləcək büronun növbəti yığıncağında baxılacaq.
Siyasi məhbuslara dair ölçu meyarının müəyyənləşdirilməsi məsələsi Nazirlər Komitəsinin yığıncağında da nəzərdən keçiriləcək. Güman edirik ki, istər Nazirlər Komitəsi, istərsə də AŞPA bürosu nəhayət bu məsələni baxılmaq üçün hüquqi məsələlər və insan hüquqları komitəsinə tövsiyə edəcək.
Mənim rəhbərlik etdiyim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına yardım Assosiasiyası mayın sonlarında Bakıda siyasi məhbus meyarlarının müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirməyi nəzərdə tutub. Konfransa AŞPA hüquqi məsələlər və insan hüquqları, monitorinq, siyasi komitələrin üzvləri ilə yanaşı, büro üzvləri də dəvət ediləcəklər.
Avropa Şurasının siyasi məhbusla bağlı düzgün ölçü meyarlarının müəyyənləşdirilməsi istiqamətində ədalətli qərar qəbul edilməsinə dair konfransda xüsusi qətnamə qəbul olunacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib
-
Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
XƏBƏR LENTİ
-
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - (Foto)
-
Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir
-
Neft qiymətləri ucuzlaşıb
-
Zibilləri atmaq əvəzinə 20 mərtəbəli taxta göydələn tikdilər (Foto)
-
Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 bürc
-
Qatıqlı keks resepti
-
Dondurmanı buzluğa qoyanda üstündə niyə buz kristalları yaranır?
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi