Siyasət
Sərdar Cəlaloğlu: “AXCP və Müsavat müxalifətin vahid güc mərkəzinin yaradılmasına mane olur”
14 Aprel 2011 18:23
Baxış: 253
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları müxalifətin vahid güc mərkəzinin yaradılmasına mane olurlar. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İctimai Palatanın aprelin 17-nə planlaşdırılan mirinqini şərh edərkən deyib.
"Sərbəst toplaşmaq konstitusion hüquqdur. Hər bir partiya və şəxs bu hüquqdan istifadə edə bilər. Digər tərəfdən mitinq siyasi mübarizə üsullarından biridir, ancaq siyasi üsulla, siyasi məqsəd arasında bir uyğunluq olmalıdır. Bu gün bu cür mitinqlərlə ölkədə ciddi siyasi dəyişikliklər nəzərdə tutulursa, bu, alınan şey deyil. Biz İctimai Palatanın hansı məqsədlə bu aksiyaları keçirməsi haqqında aydın təsəvvürə malik deyilik. Özümüz də bu cür mitinqlərlə siyasi dəyişikliklərə nail olmağın mümkün olmadığını başa düşürük", - Cəlaloğlu əlavə edib.
ADP sədri hesab edir ki, yalnız müxalifət vahid güc mərkəzində birləşərsə, narazı elektoratla müxalifət vəhdət təşkil edərsə, Azərbaycanda siyasi inkişafa nail olmaq olar: "Çox təəssüf ki, İctimai Palatada təmsil olunan siyasi partiyalar hələlik bu reallığı qəbul etmirlər və ayrılıqda, yəni məhdud bir çərçivədə bu siyasi mübarizəni təşkil etmək istəyirlər. Ona görə də bizim bunun effektivliyinə şübhəmiz var. ADP olaraq bu mitinqlərin təşkildə məsuliyyət daşımırıq".
Sərdar Cəlaloğlu qeyd edib ki, AXCP və Müsavat partiyaları düşünürlər ki, Azərbaycanda yeganə siyasi qüvvə onların özləridir və başqa siyasi partiyaları real güc olaraq qəbul etmək istəmirlər: "Onlar elə düşünürlər ki, Azərbaycanda yalnız iki partiya var - AXCP və Müsavat. Azərbaycanda AXCP və Müsavatdan başqa kifayət qədər çox konstruktiv, ağıllı və yaxşı təşkil olunmuş siyasi partiyalar var. Biz öz gücümüzü zaman-zaman seçkilərdə də, meydanlarda da nümayiş etdirmişik".
Partiya sədri bildirib ki, ADP bu gün də həmin gücü nümayiş etdirmək iqtidarındadır: "Sadəcə olaraq dünyada və Azərbaycanda baş verən hadisələr fərqli siyasi xətt yürütməyi vacib edir. Yəni indiki halda müxalifətin vahid güc mərkəzində birləşməsi, narazı elektoratla müxalifətin vəhdət təşkil etməsi və beynəlxalq dəstək alması vacibdir. Çox təəssüf ki, AXCP və Müsavat öz bəyanatları ilə buna imkan vermir".
Sərdar Cəlaloğlu ALP lideri Lalə Şövkətin müxalifətin birliyi ilə bağlı irəli sürdüyü təklifə də münasibət bildirib: "Lalə xanımın təklifi kifayət qədər konstruktiv təklifdir. O təklif edirdi ki, əvvəlcə 15 partiyanın liderlərindən ibarət bir mərkəz yaradaq və orada fikir mübadiləsi aparaq, lazım gəldikdə müəyyən ittifaq yaradaq və əməkdaşlıq edək. Müsavatla AXCP isə bundan imtina etdilər. Onda Lalə xanım dedi ki, onların iştirakı olamadan yaradaq. Biz də "Qarabağ" bloku olaraq bu məsələyə isti yanaşmadıq. Çünki onda belə çıxardı ki, biz İctimai Palataya alternativ yaratmağa çalışırıq və sonradan bizim Müsavat və AXCP ilə bir araya gəlməyimiz çox ciddi problem olardı. Düzdür, Lalə xanım hesab edir ki, bu, siyasi qüvvələrin bir araya gəlməsinə daha çox xidmət edə bilər, amma mən bilirəm ki, ayrı-ayrı mərkəzlər yaradılarsa, rəqabət başlayacaq və bu rəqabət istər-istəməz münasibətləri korlayacaq. Ona görə də mən düşünürəm ki, müxalifətin vahid mərkəzdə birləşməsi üçün yeni cəhdlər olmalıdır. Çox güman ki, AXCP və Müsavat mitinq taktikasının çox uğurlu olmadığını görəndən sonra bu nəticəyə gələcəklər".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
XƏBƏR LENTİ
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib