Siyasət
Azərbaycanlı deputatlar Avropa Şurasının baş katibinə suallar veriblər
12 Aprel 2011 12:37
Baxış: 213
AŞPA yaz sessiyasında Avropa Şurasının (AŞ) baş katibi Työrborn Yaqlandın hesabat məruzəsi dinlənilib, daha sonra isə müxtəlif ölkələrdən olan deputatlar ona suallar veriblər. Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynov da baş katibə sualla müraciət ediblər.
Deputat Qənirə Paşayeva bu il martın 8-də, Beynəlxalq Qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirildiyini baş katibin diqqətinə çatdırıb: "Ermənistan tərəfinin bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə də tamamilə ziddir. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük zərbədir. AŞ-ın baş katibi olaraq sizin bu məsələyə münasibətinizi bilmək istərdik. AŞ bu cür addımların dayandırılması, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb edən Parlament Assambleyasının 1416 saylı qətnaməsinin yerinə yetirilməsi istiqamətində mühüm rol oynaya bilər və sizcə oynamalıdırmı?"
Baş katib azərbaycanlı deputatın sualına cavabında deyib: "Sizin dediyiniz bir faktdır. Hesab edirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, dondurulmuş münaqişələr olan regionlarda yetərincə işləyə bilmirik. Bu istiqamətdə ciddi nəticə və irəliləyişlər əldə etməmişik. Fikrimcə, biz bu problemlərin həllinə öz töhfəmizi verməliyik. Necə ki, biz etimad mühiti və insan hüquqlarının qorunması istiqamətində bunu Rusiya-Gürcüstan münaqişəsi zamanı az da olsa, ortaya qoyduq. Hesab edirəm ki, AŞ bu regionlarda əzmkarlığını nümayiş etdirmək üçün daha çox səy göstərməlidir".
Deputat Rafael Hüseynov baş katib T.Yaqlanda ünvanladığı sualda diqqəti Ermənistanın Avropa Şurası prinsipləri ilə uyğun gəlməyən fəaliyyətlərinə yönəldib: "Hörmətli cənab baş katib! Son dövrlərdə Avropa Şurasında islahatlar aparılmasının zəruriliyi haqqında mütəmadi söhbətlər gedir. Yəqin ki, bu islahatların ən vacibi və birincisi qurumun səmimi və qətiyyətli olması, sözü ilə işi arasında əlaqəni konkretləşdirməkdən ibarətdir. Nümunə - AŞPA ailəsinin üzvü olan Ermənistan ən azı bu təşkilatın 3 üzvü Azərbaycan, Türkiyə və Gürcüstana qarşı daim ərazi iddiaları ilə çıxış edir, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və beynəlxalq nəzarətdən kənar olan həmin əraziləri terrorçuların düşərgələrinin yerləşdirilməsi və narkotiklərin becərilməsi, eləcə də narkotiklərin tranzitinin münasib məkanına çevirib, öz ölkəsində də insan hüquqlarını sistemli şəkildə pozmaqdadır. Avropa Şurası isə bütün bunları bilə-bilə 10 ildir ki, Ermənistanın öz sıralarında qalmasına dözür və ona layiq olduğu cəzanı vermir. Nə üçün? Avropa Şurasındakı islahatları belə həssas məsələlərin həllindən başlamaq doğru olmazdımı?"
Avropa Şurasının baş katibi bu sualın cavabında bildirib ki, həll olunmamış hərbi münaqişələr problemi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çox narahatedicidir: "ATƏT-in Minsk qrupu bu problemin diplomatik vasitələrlə həlli yolunda çalışsa da, Avropa Şurasının da üzərinə bu istiqamətdə böyük vəzifələr düşür. Çünki bu problemin mərkəzində dayanan insan hüquqları problemi Avropa Şurasının prioritetləri sırasındadır. İnsan haqlarının əleyhinə yönəlmiş hər addımın isə qarşısının alınması, bunlarla bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün biz hələ çox iş görməliyik".
AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
XƏBƏR LENTİ
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
-
Ermənistanın yeni Konstitusiya layihəsi: 8 mühüm dəyişiklik
-
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Faiq Ağayevin klipindəki məşhur model illər sonra üzə çıxdı (Foto-Video)
-
İcarəyə götürdüyü “Toyota”nı söküb hissələrini satdı - Saxlanıldı
-
Qurban Qurbanov 900-cü oyununu keçirdi
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı
-
Elgiz Əkbər: "1 qəpik pulun yoxdur, acından günorta durursan" (Video)
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"