Siyasət

Mixail Qusman: “Azərbaycanın işğal altındakı torpaqları qeyd-şərtsiz azad olunmalıdır”

9 Aprel 2011 13:52
Baxış: 167
"Dağlıq Qarabağ münaqişəsi həll olunmaya bilməz, çünki ədalət anlayışı özü tələb edir ki, Azərbaycanın işğal altında olan əraziləri azad olunmalıdır. Fikrimcə, bu torpaqlar heç bir ilkin şərt irəli sürülmədən azad edilməlidir". APA-nın məlumatına görə, bu fikirləri İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman söyləyib.

O bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi müzakirə oluna bilər: "Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geniş muxtariyyət verilə bilər. Münaqişənin nizamlanması Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır, digər tərəflər yalnız vasitəçi ola bilər. Fikrimcə, bu mövzuda əsas müzakirələr iki ölkənin prezidenti arasında aparılmalıdır, digərləri isə nüfuzundan yararlanıb bu prosesə yardım edə bilərlər. Bunlar ATƏT-in Minsk Qrupudur, Rusiya da bu məsələdə kömək etməyə çalışır. Mən bilirəm ki, Rusiya prezidenti Dmitri Medvedev bu problemin həlli üçün necə ciddi səylər göstərir. Lakin yenə də əsas danışıqlar ilk növbədə münaqişə tərəfləri arasında aparılmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.