Prezident İlham Əliyev "Azəravtoyol" ASC-nin yeni inzibati binasının açılışında iştirak edib - FOTO
Aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azəravtoyol" ASC-nin yeni inzibati binasının açılışında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına inzibati binada yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.
İnzibati binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, dahi rəhbərin həyatı və siyasi fəaliyyəti ilə bağlı fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin dövlətimizin başçısının Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar da var.
"Azəravtoyol" ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.
Prezident İlham Əliyevin 2016-cı il 9 mart tarixli Fərmanı ilə "Azəryolservis" ASC-nin adı dəyişdirilərək "Azəravtoyol" ASC adlandırılıb. Həmin Fərmana əsasən, "Azəravtoyol" ASC ölkəmizin avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir. ASC-nin inzibati ofisi, investisiyaların idarə olunması üzrə işçi layihə qrupları və "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC bu inzibati binaya köçürülüb. Burada işçilər üçün ümumilikdə 210 kabinet yaradılıb. Bina ən müasir havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib. İnşaat işləri zamanı keyfiyyətli tikinti materiallarından istifadə olunub. Orijinal interyeri ilə seçilən binada müasir videomüşahidə və kompyuter sistemləri quraşdırılıb. Burada yeni rəqəmsal rabitə sistemi şəbəkəsi qurulub. Binanın dam örtüyünün konstruksiyası tamamilə yenilənib.
Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, səkilər qurulub. Binanın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə transformator yarımstansiyası tikilib. Su təchizatını təmin etmək üçün isə anbar inşa olunub.
Azərbaycan Prezidenti İlham Əliyev kollektivə uğurlar arzuladı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - (Video/Foto)
XƏBƏR LENTİ
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
-
Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
ABŞ İranı nüvə ilə vuracaq?
-
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
Röyanın 90 yaşlı fanatının sevgisi - (Video)
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib





