Mehriban Əliyeva Buzovnada körpələr evi-uşaq bağçasının və Şüvəlanda xüsusi internat məktəblərinin açılışında iştirak edib - FOTO
21:54
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması da bu kateqoriyadan olan uşaqlara diqqətin bariz nümunəsidir.
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanın birinci xanımına məlumat verildi ki, müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət göstərməsi, onların qidalanması və istirahəti üçün əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var. Ən müasir avadanlıqlarla təchiz olunan məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası da yaradılıb.
X X X
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Bu məktəb yenidənqurmadan sonra müasir standartlara tam cavab verir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən burada yeni tədris binası tikilib. Məktəbdə eşitmə və nitq qüsuru olan şagirdlər təhsil alırlar. Burada təhsil iki şöbəlidir. Birinci şöbə eşitmə qüsurları yüngül, ikinci şöbə isə ağır formada olan şagirdlər üçün nəzərdə tutulub.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, 220 yerlik xüsusi məktəbdə bütün fənlərdən əlavə, tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin individual qaydada mimika və daktiloloji iş aparılır. Müasir dizayna malik, bütün tələblər nəzərə alınmaqla inşa edilən məktəb lazımi inventarla təmin olunub. Bundan əlavə, biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, idman, trenajor zalları, ritmika otağı yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası, peşəyönümlü təlimi üçün isə emalatxanalar tikilib. Burada tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik bölmələri də fəaliyyət göstərir.
Emalatxana ilə tanışlıq zamanı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya onun şagirdlərin əl işi olan portreti hədiyyə edildi.
-------
21:12
Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü ilə ölkəmizdəki bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni bağçalar inşa olunub, məktəbəqədər təhsilin inkişafı istiqamətində bir sıra tədbirlər görülüb.
Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivindəki 340 saylı körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilib.
Burada bütün işlər Fondun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına əsasən görülüb. İkimərtəbəli körpələr evi-uşaq bağçası azyaşlı sakinlərin zövqünə uyğun qurulub. Burada uşaqların rahatlığının, istirahətinin və ilkin biliklərə yiyələnməsinin təmin edilməsi, onların bacarıq və istedadlarının aşkarlanması üçün hərtərəfli şərait yaradılıb. Hovuz, musiqi otağı, idman zalları da uşaqların ixtiyarında olacaq.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 10 qrupdan ibarət bağçada 200 uşağa qayğı göstəriləcək. Burada uşaqların sağlam, bilikli, vətənpərvər övladlar kimi böyümələri üçün lazımi şərait yaradılıb. Bağçanın həyətində ağaclar əkilib, yaşıllıqlar salınıb, əyləncə vasitələri quraşdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
-
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
Bakıda güclü dolu metroda sərnişin sıxlığı yaratdı
-
İmtahanda dörd nəfər 300 bal topladı
-
Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Bu imtahanın nəticələri AÇIQLANDI
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
Bu ölkədə uşaq doğmaq qadağan edilir
-
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib
-
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib





