Siyasət
"Putinin bu ideyası bütün dünya üçün sürpriz idi"
7 Aprel 2015 14:16
Baxış: 2 198
"Nursultan Nazarbayevin Qazaxıstanda prezident seçilməsinə təsir etmək valyuta ittifaqı ideyasının ilk təyinatıdır. Sonradan bu ittifaq bütün MDB dövlətlərinə də şamil edilə bilər".
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.
Politoloqun sözlərinə görə, Qazaxıstan prezidenti N.Nazarbayev üçün mürəkkəb dövr başlandığını ehtimal etmək olar: "Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Qazaxıstanın iqtisadiyyatına ciddi təsir edir. Milli valyuta olan tengeni xeyli zəiflədib. Əksər ekspertlər təcili devalvasiyanı məqsədəuyğun hesab edirlər. Belə bir vaxtda Nazarbayev növbədənkənar prezident seçkilərinə getdi. Bunu Rusiya üçün sürpriz adlandırmaq olardı. Amma görünür, Rusiya bunu başa düşüb. Prezident Vladimir Putin AİB-in sammitində iştirak məqsədilə Qazaxıstana gəldi. AİB-in Qazaxıstan sammitinin təyin olunmasına da ciddi ehtiyac yox idi. Görünür, Putin bəzi zəruri bəyanatları vermək üçün AİB-in sammitini Qazaxıstana saldı".
M.Əhmədoğlunun fikrincə, bu kontekstdə 4 parametr diqqəti çəkir: "Birincisi, Putin və Belarus prezidenti Aleksanr Lukaşenko "Normand dördlüyü" görüşünün Qazaxıstanda keçirilməməsinin acısını yumşaltmaq məqsədilə N.Nazarbayevə təsəlli vermək üçün səfər etmişdilər. İkincisi, Putin Qazaxıstan və Belarusun iştirakı ilə valyuta ittifaqının yaradılmasını gündəliyə gətirdi. Onun bu ideyası bütün dünya üçün sürpriz idi. Çünki Rusiyanın iqtisadi və siyasi vəziyyəti valyuta ittifaqı yaratmağa imkan vermir. Üçüncüsü, Putin prezident seçkilərində N.Nazarbayevə uğur arzuladı. Dördüncüsü, Ukrayna hadisələri müzakirə olunan zaman Nazarbayev əvvəlki mövqeyini bir daha təkrarladı. Ukrayna hadisələri hamı tərəfindən tanınmış beynəlxalq hüquq normaları əsasında tənzimlənməlidir. Bu, Nazarbayevin Ukraynanın ərazi bütövlüyünə dəstəyi idi. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, Putin Nazarbayevin prezident seçilməsinə maneçilik törətmir, onun beynəlxalq təşəbbüslərinə dözür, əvəzində Nazarbayev AİB-in valyuta ittifaqına çevrilməsi razılığını verir.
Nazarbayev bir az əvvəl bəyan etmişdi ki, vahid valyutadan söhbət gedə bilməz, eləcə də AİB Qazaxıstanın dövlət müstəqilliyinə təhlükə yaradacağı təqdirdə Qazaxıstan bu qurumu tərk edəcək. Nazarbayevin vəziyyətini mürəkkəbləşdirən ən əsas parametr Qərbin Ukraynadakı uğursuz siyasətidir. Eləcə də Qərbin Nazarbayevin təkliflərini nəzərə almamasıdır. Nazarbayev Fransa və Almaniya səfirliklərinin regional məsələlər üzrə birgə konfransını təklif etmişdi. Bu tədbirdə Fransa və Almaniyanın xarici işlər nazirləri də iştirak etməli idi. Amma Lozannada İranla əlaqəli danışıqların gərgin şəraitdə keçməsi Almaniya və Fransa xarici işlər nazirlərinin həmin tədbirdə iştirakına imkan vermədi.
Eləcə də ABŞ-ın Qazaxıstandakı səfiri C.Krol 2 diqqət çəkən bəyanatla çıxış etdi. Birincisi, o, Qazaxıstandakı prezident seçkiləri zamanı hakimiyyətin Nazarbayevdən növbəti başçıya ötürülməsinin dinc yolla baş tutmasını arzuladı. İkincisi o, Qazaxıstanın AİB üzvlüyünə ABŞ-ın sakit yanaşdığını bildirdi. Hər iki bəyanat Nazarbayevin müstəqil Qazaxıstanın idarəçilik prizmasından o qədər də uğurlu görünmür. C.Krol ABŞ-ın "məxməri inqilab"lara aidiyyətinin olmadığını bildirdi. Guya "məxməri inqilab" baş vermiş dövlətlər özləri "məxməri inqilab" istəyirlər".
Mərkəzin direktoru hesab edir ki, yaranmış vəziyyət prezident N.Nazarbayevin müdrikliyini bir daha sübut edəcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar