Siyasət
Mübariz Əhmədoğlu: "Bu ölkələr Ermənistanın qoxusuna dözməyib, qapını çırpıb gedə bilərlər"
24 Oktyabr 2014 11:27
Baxış: 1 994
Qarabağ tənzimlənməsində ciddi dəyişikliklər var və bu dəyişikliklər Rusiyanın iştirakı olmadan baş verib.
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında seçim edə bilmədiyi üçün Qarabağ tənzimlənməsində aktiv rol oynaya bilmirdi: "İndi Qarabağın Ermənistandan uzaqlaşması prosesi başlayıb. MDB məkanında Qarabağın Ermənistandan uzaqlaşma prosesinin real bünövrəsini Qazaxıstan və bir qədər sonra Belarus qoydu. Bununla da Dağlıq Qarabağ tənzimlənməsində Qarabağın Ermənistandan uzaqlaşması adlanan yeni mərhələ yaranıb, fəaliyyətdədir və Rusiyanın rolu yoxdur. Amma yaranmış vəziyyət ən çox RF üçün sərfəlidir. RF Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlıdırsa, özünün yaratmadığı, amma arzuladığı Qarabağın Ermənistandan uzaqlaşma prosesinə stimul verəcəkdir. Rusiyanın iştirakının olmamasını da xüsusi olaraq buna görə qeyd edirik".
M.Əhmədoğlunun fikrincə, yaranmış vəziyyət Rusiya üçün fürsətdir: Ermənistanın inciməsinə əsas vermədən Dağlıq Qarabağ münaqişəsini tənzimləmək. "Qarabağmərkəzçilər" timsalında ermənilərin ortalığa qoyduğu yeni "Ermənistanı güc təzyiqindən KTMT, iqtisadi təzyiqdən isə AİB qoruyacaq" tezisi heç bir yaşamaq qabiliyyətinə malik deyil: "Birincisi, KTMT Ermənistan üçün prioritet qurum deyil. Bunu KTMT-də başa düşüblər. Ukrayna məsələsində Qərblə Rusiya arasında qarşıdurmanın müəyyən bir mərhələsində KTMT-NATO qarşıdurması yarandı. Ermənistan NATO ilə əlaqələri kəsməklə bağlı KTMT-nin qərarını rəsmən rədd etdi. İkincisi, NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Buna baxmayaraq Ermənistan NATO-ya daha da yaxınlaşır, çünki ortada əlavə geosiyasi maraqlar var. KTMT Azərbaycanın ərazi bütövlüyünə heç bir münasibət bildirməyib, ona görə Ermənistan KTMT-ni uzaqlaşdırır. Üçüncüsü, Ermənistanın iqtisadiyyatının 80%-i Rusiyanın əlindədir. Vaxtaşırı rəsmi Yerevan Rusiyanın Ermənistandakı iri iqtisadi subyektlərinə "hücumlar" təşkil etməklə Rusiyanın inamını qırıb. Dördüncüsü, Avrasiya İqtisadi Həmkarlığı AİB-in prototipi idi. Ermənistana investisiya qoymaq mümkün olsaydı, Avrasiya İqtisadi Həmkarlığı vasitəsilə qoyula bilərdi. Ermənistanın 1 milyard dollarlıq investisiya təklifləri təxminən 4 il bu qurumun seyflərində qaldı. Beşincisi, Ermənistanın AİB-lə kommunikativ əlaqəsi razılaşdırılmayıb və kifayət qədər geosiyasi problemli məsələdir. AİB Gürcüstan ərazisi vasitəsilə Ermənistanla əlaqə saxlamağa meylli deyil. RF yalnız qazını bu ərazi vasitəsilə nəql etmək istəyir. Ermənistan isə AİB-lə yalnız Gürcüstan ərazisi vasitəsilə əlaqə saxlamaqda israrlıdır. Gürcüstanın Rusiya ilə münasibətləri kommunikasiya məsələlərində istənilən görünməmiş mozaikanı yarada bilər. Gürcüstan ərazisindən AİB və Aİ-nin məhsullarının Ermənistana fərqli vergi stavkaları tranzit olması kifayət qədər mürəkkəb prosesdir. Belə mürəkkəb tranzit əməliyyatlarından Gürcüstan özü üçün geosiyasi və geoiqtisadi divident götürməyəcəksə, bu, Azərbaycanın Gürcüstanla münasibətinə təsir edəcəkdir".
Politoloq hesab edir ki, ermənilərin Rusiyaya münasibətlərinin tarixi də xəyanət xronologiyasından ibarətdir: "Çox azsaylı olsa da müəyyən bir qrup Rusiya siyasiləri bu məsələdən xəbərdardırlar. Rusiya ermənilərə hamilik edəndən bəri ermənilər Rusiyaya xəyanət edib. Qriboyedov xristianlıq nöqteyi-nəzərindən Tehrandakı ermənilərə qayğı göstərdi, əvəzində həmin ermənilər Qriboyedova qarşı sui-qəsdin hazırlanmasında aparıcı oldular. SSRİ dövründə saxta pul kəsmə və Moskva metrosunda partlayış da ermənilərin əməlləri idi. SSRİ-nin dağılmasında əvvəldən-axıradək Moskvadakı ermənilər ABŞ-ın xüsusi xidmət orqanlarının əlində alət oldular. Bu Ermənistan və Dağlıq Qarabağ ermənilərini əlavə antirusiyaçılığa şirnikləşdirdi. Ermənistan təxminən Baltikyanı dövlətlərlə eyni vaxtda SSRİ-nin tərkibindən çıxmaqla bağlı qərar qəbul etdi. Keçmiş SSRİ məkanında sovet qoşunlarının çıxarılması prosesi Ermənistandan başladı".
Onun sözlərinə görə, indi də Ermənistan hər an Qərbə tərəf keçməyə hazırdır. Hazırlıq prosesi bir an dayanmayıb. S.Sarkisyan bir tərəfdən AİB-ə sadiq qalacağına şərəfinə and içir, Ermənistanın Aİ ilə əlaqələrini intensivləşdirilməsinin yollarını müzakirə edir. ABŞ və Avropa dövlətlərinin Ermənistana münasibəti xüsusi diqqət çəkir. Qərb Ermənistanın Rusiyanın əmrindən tam asılı olduğunu bildiyi halda Ermənistandan əl çəkmirsə, bu artıq çox şey deməkdir. ABŞ və Avropa dövlətlərinin siyasətini informasiya və strateji təhlil dəstəyindən məhrum hesab etmirik. Buna görə də fikrimizcə, Qərb antirusiya aləti kimi Ermənistanı itirmək istəmir. Birbaşa və dolayısı yolla Ermənistana dəstək verir. "Baş verən bütün dəyişikliklər Dağlıq Qarabağ tənzimlənməsinin vaxtını uzadır" kimi tezislər Qərbin Ermənistana dolayı dəstəklərindəndir. Bu tezislərin icraçılarının hansı ölkənin vətəndaşı olması onlar üçün o qədər də maraqlı deyil.
Ermənipərəst Rusiya ekspertlərinin ideyaları Ermənistanın, Rusiyanın maraqlarına və Ermənistanın AİB üzvü kimi fəaliyyətinə zərər verir.
Ermənistan pis qoxuludur. Qazaxıstan və Belarus AİB məkanında "havanı təmizləməyi" tez-tez Rusiyanın yadına salacaqlar. Qazaxıstan və Belarus Ermənistanın qoxusuna dözməyib, qapını çırpıb gedə bilərlər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
XƏBƏR LENTİ
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar