Siyasət
İqbal Ağazadə müavinlərini niyə istefaya göndərdi?
4 İyun 2014 15:07
Baxış: 927
Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə 9 müavinindən 6-nın və partiyanın İcra Aparatı rəhbərinin tutduqları vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.
Ümid Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin siyasi məsələlər üzrə müavini Qasım Həsənov, təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, iqtisadi məsələlər üzrə müavini Razi Abasbəyli, xaricdə yaşaya həmvətənlər və diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin ailə qadın və uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.
Yaxın zamanlarda yeni sədr müavinləri təyin olunacaq və ictimaiyyətə açıqlama veriləcək.
İ.Ağazadə APA-ya açıqlamasında deyib ki, sədr kimi partiya işinin effektivliyini və qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində bilavasitə şəxsdir və bu tip məsələlərdə Nizamnamə çərçivəsində sərbəst qəbul etmək ixtiyarı var: "Partiya işi bugünkü səviyyədə həm partiyanın sistemini, həm də fərdi olaraq məni qane etmədiyi üçün bu addımı atmışam. Vəzifədən azad etdiyim şəxslərin öncədən bu barədə məlumatları da yox idi. Rəyasət Heyətini çağırdım və bu barədə qərarımı elan etdim. Qərarım da müzakirəyə açıq deyil, çünki Nizamnamənin konkret bəndi mənə bu səlahiyyəti verir, Məclisin də buna qarışmaq səlahiyyəti yoxdur. Çünki mən sədr olaraq partiya işini təşkil etməyə məsulam. Ona görə də güman edirəm ki, bu barədə narazılıq da olmamalıdır. Vəzifəsindən azad etdiyim müavinlərin yenidən təyinatı da mümkün ola bilər. Bu, fərdi söhbətlərimdən, qarşılarına qoyulacaq vəzifələrə necə yanaşılacağından asılı olacaq. Vəzifəsindən azad edilənlərin hər biri ilə fərdi söhbət olacaq".
İ.Ağazadə hələ ki, vəzifəsindən azad edilən müavinlərdən istefa verəcəyini açıqlayan olmadığını da söyləyib: "Onların da Nizamnaməyə əsasən partiyada üzv kimi qalıb-qalmamaq səlahiyyətləri var".
İ.Ağazadə istefa vermiş sədr müavini Könül Quliyevanın adının sərəncamda azad edilənlər sırasında olmasını da təbii sayıb: "İstefa qəbul edilməlidir, ona görə də sərəncamda onun da adının yer alması təbiidir".
K.Quliyevanın APA-ya açıqlamasında istefasının şəxsi və partiya işlərinin çoxluğu ilə əlaqədar olmamasını söyləməsinə gəlincə, İ. Ağazadə deyib ki, K.Quliyeva özü bilər: "Onun mənə yazdığı ərizədə bu səbəblər göstərilib. Onun bəyanatında nə deyəcəyini isə şərh edə bilmərəm".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyev Veliko Tırnovoda "Şuşa Parkı”nın salınması üzrə Sazişi təsdiqləyib
-
Mina Hasman: “Bakı Ağ Şəhər” layihəsi şəhərlərin regenerativ inkişaf modelinin nümunəsidir
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Bakıda WUF13-ün dördüncü günü start götürüb
-
"Çayçı Hüseyn" məşhur serialda
-
Neft ucuzlaşıb bu qiymətə OLDU
-
22 ildən sonra çempion oldular
-
Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi