Kanadanın Monreal şəhərində, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mənzil-qərargahında VI Ümumdünya Avianəqliyyat Konfransı keçirilib. "Hava nəqliyyatının davamlı inkişafı" şüarı altında keçirilən tədbirdə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev və Xarici əlaqələr şöbəsinin müdiri Eldar Bağırzadə iştirak ediblər.
Administrasiyadan Trend-ə verilən məlumata görə, konfransın gedişində avianəqliyyat sahəsinin inkişafı məsələləri müzakirə edilib, ICAO-nun uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Konfransın əsas vəzifəsi bazara çıxış, aviaşirkətlərin mülkiyyət formaları və onların milli mənsubiyyətinə nəzarət, istehlakçıların hüquqlarının qorunması və mülki aviasiya müəssisələrindən alınan vergilərin unifikasiyası kimi sahələrdə qlobal tənzimləmə sisteminin formalaşdırılması ilə bağlı təlimatçı sənədlərin və fəaliyyət planının hazırlanmasından ibarət olub.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ICAO-nun baş katibi Raymon Benjaminlə görüşərək əməkdaşlığın inkişafı məsələlərini, eləcə də hava daşımalarının təhlükəsizliyinin artırılması ilə bağlı problemləri müzakirə ediblər. Benjamin Azərbaycanın işğal olunmuş ərazisində, hərbi qarşıdurma zonasında yerləşən Xocalı mülki hava limanının istimarının yolverilməzliyi barədə ICAO-nun mövqeyini ifadə edib. Baş katib ICAO-nun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi bütün qətnamələri dəstəklədiyini bildirib. Həmçinin vurğulanıb ki, Azərbaycan tərəfinin icazəsi olmadan və sertifikatlaşdırma keçirilmədən Xocalı hava limanını birtərəfli qaydada istismara vermək cəhdləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə böyük zərbə vurmaqla Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, həmçinin beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması kimi qiymətləndirilir.
Həmçinin Avropa İttifaqı nümayəndə heyətinin xahişi ilə Aİ və Azərbaycan arasında "Birgə səma" sazişi mətninin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Avropa İttifaqını Avropa Komissiyası Aviasiya və beynəlxalq nəqliyyat departamentinin direktoru Metyu Boldvin, aviasiya sahəsində xarici siyasət şöbəsinin müdiri Klaus Geil və Avropa Komissiyasının ICAO-dakı nümayəndəsi Kristofer Ross təmsil edib. Tərəflər saziş layihəsinin müvafiq hökumət orqanlarında razılaşdırılmasının gedişi barədə bir-birini məlumatlandırıblar.
Konfransın gedişində Avropa Mülki Aviasiya Konfransının müşavirəsi də baş tutub. İştirakçılar regionda mülki aviasiyanın inkişaf perspektivlərini, həmçinin 2013-cü ilin 24 sentyabr - 4 oktyabr tarixlərində Monrealda keçiriləcək ICAO Assambleyasının 38-ci sessiyası zamanı nəzərdə tutulan seçkilərdə Türkiyənin Qara Dəniz-Xəzər rotasiya qrupunun tərkibində iştirakını müzakirə ediblər.
Tədbirdə, eyni zamanda, ABŞ, Yəmən, Macarıstan, Ukrayna, Banqladeş və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri ilə mülki aviasiya sahəsində ikitərəfli dövlətlərarası əlaqələrin inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
Milli.Az
Siyasət
Xocalı hava limanının istismara verilməsi beynəlxalq hüquq normalarının açıq-aşkar pozulmasıdır
3 Aprel 2013 20:06
Baxış: 234

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı əsirlər harada saxlanılırdı? - Məhkəmədə danışdılar - FOTO
-
Bako Sahakyan: Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbi əməliyyatın Ermənistan silahlı qüvvələri tərəfindən keçirilməsi idi
-
İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı
-
Ceyhun Bayramov Türkiyəyə getdi
-
Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib - VİDEO - FOTO
-
Aprel döyüşlərində əməliyyatlara rəhbərlik etmiş erməni generalların adları açıqlandı
XƏBƏR LENTİ
-
Yayda günvurma təhlükəsi artır – Mütəxəssislərdən xəbərdarlıq
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
İran İsrail zərbələri fonunda neft ixracını artırır
-
Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
-
Stress yuxunu və yaddaşı necə pozur?
-
Alimlər əvvəllər məlum olmayan gen tapdı
-
Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi
-
Kimlərə şokolad olar, kimlərə isə olmaz?
-
Sonsuzluğa səbəb nədir?
-
“Liverpul”un 150 milyon avroluq transferi
-
“Bütün Ukrayna bizimdir” - Putin
-
İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
-
Günün qoroskopu: Dəqiqlik vacibdir
-
İran və ABŞ arasında hansı danışıqlar baş verib?
-
Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib
-
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə
-
Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO