MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.
Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir.
Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti - 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.
Sorğu nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada Prezident İlham Əliyev ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir - respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
Qeyd edək ki, ictimai rəy sorğusu 2026-cı il mayın 20-dən 30-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.
Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib - (Foto)
-
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
-
İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Somali Prezidentini təbrik edib
-
Fransada prezident seçkisinin tarixi məlum oldu
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
XƏBƏR LENTİ
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
-
Nizami Tibb Mərkəzində qalmaqal - İşçi döyüldüyünü iddia etdi - TƏBİB-dən açıqlama - Yenilənib - (Video)
-
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub
-
"Hansısa kişi üçün gözəl görünməyə çalışdığımı xatırlamıram" - (Video)
-
Daha 16 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Gilas boldur, ucuzdur amma satılmır: Məhsul xarab oldu
-
Millinin növbəti ev oyunu Bakıda olmayacaq
-
Məşhur türk serialının aktrisası: "Şükürlər olsun ki, ərim mənə xəyanət edib" - (Video)
-
"Qarabağ" Ukrayna komandasına 6:2 hesabı ilə uduzdu
-
Serena Uilyams 3 illik fasilədən sonra məğlub oldu
-
Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib - (Foto)
-
"3 il olacaq, hələ də gözümüzün yaşı axır"
-
Elnur Hidayətoğlu TƏBİB-dən getdi
-
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
-
Xanım Yadigarlı işdən çıxdı
-
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü
-
Ronaldo meydanda tər tökür, görün Corcina nə edir... - (Fotolar)
-
Azərbaycan Hava Yolları Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
"Yol hərəkəti haqqında" Qanunda hər kəsi çaş-baş salan o gizli maddə nədir?
-
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür
-
"Yeşilçam"ın aktrisası vəfat etdi
-
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
-
Rafael Ağayev: "UFC-də döyüş keçirib karyeramı bitirmək arzumdur"
-
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar





