Siyasət

Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb

19 İyun 2026 20:13
Baxış: 381

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizə və ölkənizin bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində və çoxşaxəli sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində daim uğurlar arzulayırıq. Qoy, Azərbaycan cəmiyyətinin birliyi və quruculuqla bağlı güclü əzmi əcdadların tarixi nailiyyətlərinə dair xatirələrlə möhkəmlənərək ölkənin davamlı dinamik inkişafının və firavanlığının təminatı olsun!

Qardaş xalqlarımızın xoşməramlı əməkdaşlıq ənənələrinin gələcəkdə də sarsılmaz qalacağına, habelə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq maraqları naminə geniş qarşılıqlı fəaliyyətin daha da inkişaf etdiriləcəyinə ümid bəsləyirik.

Sizə, yaxınlarınıza və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırıram".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.