Zelenski Lukaşenkoya bir həftə vaxt verib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, Zelenski bu barədə mətbuat konfransında danışıb.
"Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq", - deyə Ukrayna lideri bildirib.
Zelenski Aleksandr Lukaşenkonun Belarusun müharibəyə cəlb olunmasını istəmədiyi barədə bəyanatlarına skeptik yanaşdığını vurğulayıb.
"Bu məsələdə o, heç olmasa öz xalqına qarşı dürüst olmalıdır. Çünki müharibəyə onun özü deyil, ölkəsi Rusiyanın vasitəsilə cəlb oluna bilər. Onlar müharibənin ilk günlərindən məhz belə davranırlar", - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, genişmiqyaslı müharibənin başlanğıcında Ukraynaya atılan bir çox raket məhz Belarus ərazisindən buraxılıb.
Onun sözlərinə görə, Lukaşenkonun vəziyyətə nəzarət etmədiyi, bütün qərarların Rusiya tərəfindən qəbul edildiyi barədə açıqlamalarına inanmır.
Zelenski hesab edir ki, Rusiya bundan sonra da Lukaşenkonu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışacaq, lakin Ukrayna buna cavab verəcək.
"Artıq əlavə sözlərə ehtiyac yoxdur. Onun qüllələrində retranslyatorlar yerləşdirilib. Onların Rusiya və ya Belarus mənşəli olmasının bizim üçün fərqi yoxdur. Ukrayna ilə həmsərhəd iki vilayət boyunca Ukrayna əhalisinə qarşı atəşi koordinasiya edən avadanlıqlar yerləşdirilib", - deyə Zelenski vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
-
Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
-
İraqda 6 milyon silah üçün vahid məlumat bazası yaradıldı
-
Kobaxidze: “Gürcüstan ərazisini işğal edən yeganə tərəf Rusiyadır”
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb
XƏBƏR LENTİ
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar (Foto)
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçı başlayıb
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər - (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - (Foto/Video)
-
İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib (Foto/Video)
-
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərə gediblər (Foto/Video)
-
Balakəndəki ağır qəzada ölənlərin (Fotoları)
-
İçərişəhərdə utancverici mənzərə ilə bağlı tədbir görüldü - (Foto)
-
“Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb (Video)
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir - FOTO
-
Nazir Kənan Aşurova yüksək vəzifə verdi
-
Azərbaycan və ABŞ strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edib (Foto)
-
Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
-
Göygöldə 64 yaşlı kişi çaya düşərək öldü
-
Lənkəranda itkin düşən iki qohumun meyiti meşəlikdən tapıldı
-
Çexiyada quraqlıq kritik həddə çatıb: Çaylar quruyur
-
Bakıda ötən il itkin düşən qadının qətlə yetirildiyi məlum oldu - Oğlu saxlanıldı
-
Oman körfəzində konteyner gəmisinə raket hücumu olub
-
Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə həsr olunmuş beynəlxalq foruma ev sahibliyi edəcək
-
İraqda 6 milyon silah üçün vahid məlumat bazası yaradıldı
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Ötən il Azərbaycanda vergi cinayətləri ilə bağlı 2131 iş olub
-
Yeni binalarda parklanma qaydası: Hər mənzilə neçə maşın yeri düşür?





