Bu ölkələr də Azərbaycana dron hücumunu pislədi
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib.
O, bildirib ki, Azərbaycan ərazisinə edilən hücum, mülki infrastrukturu hədəfə alması və nəticədə insanların yaralanması İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktıdır.
Edi Rama qeyd edib ki, Azərbaycan Albaniya üçün dəyərli dost və müttəfiqdir. Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb.
Albaniyanın baş naziri vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir.
Rama həmçinin bildirib ki, Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid olunmasına səbəb olmalıdır.
Baş nazirin sözlərinə görə, başqa ölkələrin mülki infrastrukturu hədəfə alındıqda və suveren sərhədlər pozulduqda aqressiya ilə terrorizm arasındakı sərhəd aradan qalxır.
O əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülh şəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixrac edən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimi qiymətləndirməlidirlər.
Edi Rama Albaniyanın Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb.
"Yol aydındır: aqressiya təcrid olunmalı, aqressorlar isə qəti şəkildə pislənməlidir. Zorakılıq yolunu seçənlər sülh tərəfdarlarının artan birliyinə cavab verməli olacaqlar", - deyə o qeyd edib.
Pakistan Türkiyə və Azərbaycana qarşı hücumlarla bağlı narahatlığını ifadə edib.
Qeyd olunub ki, qardaş ölkələr olan Türkiyə və Azərbaycanın hədəfə alınması beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulmasıdır və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
Bəyanatda Pakistanın Türkiyə və Azərbaycanla güclü həmrəyliyini bir daha təsdiqlədiyi vurğulanıb.
Eyni zamanda regional sülh və sabitliyin qorunması üçün tərəflər təmkinli olmağa, dialoq və diplomatiyaya üstünlük verməyə çağırılıb.
Litva İranın Naxçıvana dron hücumunu pisləyib
Litvanın xarici işlər naziri Kestutis Budris İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücumu qəti şəkildə pislədiklərini bildirib.
Nazir qeyd edib ki, hücum nəticəsində mülki əhali təhlükə ilə üz-üzə qalıb.
"Rusiya kimi, İran rejimi də dayanmır. Lakin Rusiya kimi, İran da beynəlxalq hüququ açıq şəkildə pozur. Bu cür aqressiya vəziyyətin eskalasiyasına səbəb ola bilər və dərhal dayandırılmalıdır", - deyə Budris bildirib.
Litva XİN rəhbəri ölkəsinin Azərbaycanla həmrəy olduğunu da vurğulayıb.
Suriya İranın Azərbaycana dron hücumlarını qınayıb.
"Suriya Ərəb Respublikası İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını ballistik raket və dronlarla hədəfə alması şiddətlə qınayır. Biz bu hərəkətləri dövlət suverenliyinin açıq şəkildə pozulması və beynəlxalq təhlükəsizlik və stabilliyə təhdid kimi qiymətləndiririk.
Suriya Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə edir və regional sülh və təhlükəsizliyi qorumaq üçün beynəlxalq ictimaiyyəti öz məsuliyyətlərinə əməl etməyə çağırır", - Suriya XİN-dən bildirilib.
Niderland səfirliyi İranın Azərbaycana dron hücumlarını pisləyib.
"Biz bu gün səhər Naxçıvana edilən dron hücumunu şiddətlə qınayırıq. Belə addımlar Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasıdır. Bu, qəbuledilməzdir və regional stabilliyə ziyan vurur.
Bu çətin anda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik", - səfirlikdən bildirilib.
İordaniya, Latviya və Moldova Azərbaycana dron hücumunu pisləyib.
"Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən, hava limanına ziyan verən, mülki şəxslərin yaralanmasına səbəb, beynəlxalq hüququn prinsiplərini pozan dron hücumlarını şiddətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və stabilliyə dəstəyimizi bir daha vurğulayırıq", - bu barədə Latviya səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
İordaniya İranın Azərbaycana dron hücumlarını qınayıb.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İordaniya XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini ən sərt şəkildə pisləyib, iki ölkənin suverenliyinin kobud şəkildə pozulmasını, regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya təşkil edən bu hücumları rədd etdiyi və qınadığı vurğulanıb.
"İordaniya qardaş Türkiyə Respublikası və qardaş Azərbaycan Respublikası ilə tam həmrəydir. Onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir", - bəyanatda qeyd olunub.
Moldova Azərbaycana dron hücumunu pisləyib.
Bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi "X" hesabında qeyd edib.
"Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır", - nazir bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Dünya dağılıb, heç nə işləmir"
-
Netanyahu etiraf etdi: Düzgün qiymətləndirməyib
-
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
-
"İranda küçələrə adımı verirlər, mənə “Bibi can” deyirlər"
-
Tramp Çinə gedir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
XƏBƏR LENTİ
-
"Ulduz müharibələri"nin "zabiti" vəfat edib
-
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
-
Almaniyada həbsxanada yanğın: Xeyli yaralı var
-
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
-
Trampın qərarından sonra Netanyahu fövqəladə müşavirə topladı
-
Gələn il veteran pulu ARTIRILACAQ?
-
İtkin düşən 9 nəfər tapıldı
-
Gümüşün qiyməti kəskin ARTDI
-
Şəmkirdə ağır QƏZA: Ölən var
-
"Sabah" - "Neftçi" oyunu bu tarixdə olacaq
-
Polis avtomat və tüfənglər aşkarladı
-
Bakıda məktəbdə bıçaqlanma: Qardaşını qoruyan qız yaralandı
-
Azərbaycan millisi Avropa Kubokunu 9 medalla başa vurdu
-
Rusiyanın itkiləri yeniləndi
-
Türkiyədə hantavirus həyəcanı: 3 nəfər nəzarətə götürüldü
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
61 yaşlı kişi iş yerində qəfil öldü
-
Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
İki yaşlı uşaq faciəli şəkildə ÖLDÜ
-
Aİ Suriyaya tətbiq olunan məhdudiyyətləri ləğv etdi
-
3 gün dayanmadan yağış yağacaq - Bu tarixlərdə
-
43 ildir buna görə evlənmirlər
-
Paytaxtda marketdən elektron siqaretlər oğurlayan şəxs tutuldu
-
Suriya WUF13-də iştirak edəcək





