Siyasət

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - FOTO

9 Fevral 2026 12:03
Baxış: 413

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes", bp, "Boeing Global", "Honeywell", "J.P. Morgan", "Lummus Technology", "Marriott", "Mastercard", "Shell International", "Azerbaijan Coca-Cola Bottlers" MMC və "Motorola Solutions" şirkətlərinin rəhbər şəxsləri daxildir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.