Siyasət

Mirzoyan Azərbaycanla dəmiryolu əlaqələrinin bərpasının mümkünlüyündən danışdı

3 Oktyabr 2025 11:18
Baxış: 371

Ermənistan Azərbaycanla əlaqələrin tezliklə qurulması, kommunikasiyaların açılması və bərpasında çox maraqlıdır, belə ki, bunun əsas benefisiarlardan biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Əgər dəmiryolu əlaqələrindən danışsaq, ekspertlərin təxminlərinə görə, onun tikintisi azı iki il çəkə bilər. Amma biz, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə etməklə yükləri göndərib qəbul edə bilərik,"- deyə Mirzoyan qeyd edib.

O, Azərbaycanla sülh sazişinin mətni artıq paraflandığını xatırladıb və Ermənistan tərəfinin bu sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.