İsti çay həqiqətən isidirmi? - Həkimdən maraqlı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislər soyuq havalarda isti içkilərin orqanizmə təsiri ilə bağlı geniş yayılmış fikirlərə aydınlıq gətiriblər. Terapevt Svetlana Burnatskayanın sözlərinə görə, qış aylarında çay, kakao və bulyon kimi isti içkilər faydalı olsa da, bədəni birbaşa "isidən" vasitə hesab edilə bilməz.
Milli.Az xəbər verir ki, həkim soyuq havaya çıxmazdan əvvəl isti içki qəbul etməyin əsas məqsədinin susuzluğun qarşısını almaq və enerji səviyyəsini qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, isti yeməklər orqanizmdə istilik istehsalı prosesi olan termogenezi aktivləşdirir. Uzun gəzintilər zamanı termosda ilıq içki və yüngül qəlyanaltı götürmək tövsiyə olunur.
Burnatskaya vurğulayıb ki, içkilər çox isti və ya qaynar olmamalıdır. Qoz-fındıq, şokolad və banan kimi qidalar isə yaxşı seçim sayılır. Çünki onların tərkibindəki yağlar və karbohidratlar orqanizmə əlavə enerji verərək istilik yaranmasına kömək edir.
Mütəxəssis əlavə edib ki, soyuq havada nəfəsalma zamanı bədən daha çox maye itirir. Bu isə susuzlaşmaya və termorequlyasiyanın pozulmasına səbəb ola bilər. Buna görə də gəzinti zamanı hər 45-60 dəqiqədən bir 100-150 ml ilıq maye qəbul etmək məsləhətdir.
Həkim spirtli içkilərdən isə qəti şəkildə uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, alkoqol yalnız istilik hissi yaradır, lakin əslində bədənin daha tez soyumasına səbəb olur və hipotermiya riskini bir neçə dəfə artırır.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Şəxsin razılığı olmadan psixiatriya müayinəsi hansı hallarda aparıla bilər?
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
-
Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)





