Gülmək ürəyi qoruyur: alimlərdən maraqlı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislərin fikrincə, gülüş ürək sağlamlığı üçün gözlənildiyindən daha böyük əhəmiyyət daşıyır. Kardioloqlar bildirirlər ki, müntəzəm gülmək ürəyin fəaliyyətini dəstəkləyir və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edir.
Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, gülüş zamanı orqanizmdə "xoşbəxtlik hormonları" kimi tanınan endorfinlər ifraz olunur. Bu proses azot oksidinin sintezini artırır. Azot oksidi isə qan damarlarının genişlənməsinə şərait yaradır, qan axınını yaxşılaşdırır və nəticədə arterial təzyiqin azalmasına səbəb olur. Eyni zamanda iltihabi proseslər zəifləyir, "pis" xolesterinin səviyyəsi aşağı düşür və infarkt riski azalır.
Gülüşün sağlamlığa təsirini araşdıran elmi istiqamət gelotologiya adlanır. Bu sahə ötən əsrin ortalarından etibarən elmi maraq doğurur. Aparılan tədqiqatlar sübut edir ki, gülüş yalnız ürək-damar sistemi üçün deyil, həm də immun sisteminin güclənməsi baxımından faydalıdır və qoruyucu hüceyrələrin sayını artırır.
Amerikalı kardioloq Maykl Miller qeyd edir ki, hətta məqsədli şəkildə edilən, yəni süni gülüş belə orqanizm üçün müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, süni gülüş zamanı da təbii gülüşdə olduğu kimi oxşar əzələ və tənəffüs mexanizmləri aktivləşir. Bu səbəbdən hər iki halda bədənin verdiyi fizioloji reaksiya böyük ölçüdə eyni olur.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib





