Qarabağda uğurlu antiterror əməliyyatı hərbi tariximizin parlaq səhifəsidir
İkinci Qarabağ müharibəsində əldə edilən böyük Zəfərin davamı olaraq, 19-20 sentyabr 2023-cü ildə cəmi 23 saat ərzində müvəffəqiyyətlə lokal antiterror əməliyyatının keçirilməsi erməni separatizminin məhvinə və konstitusiya-hüquq nizamının bütün ölkə ərazisində bərpasına gətirib çıxardı.
Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, qisamüddətli "əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısında qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".
Bir sutkandan da az müddətdə 406 kvadratkilometr ərazi düşməndən azad edilərək, Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Əməliyyat nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit-raket kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası ələ keçirildi.
İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, antiterror əməliyyatının gedişində Azərbaycan tərəfi ciddi şəkildə beynəlxalq humanitar hüquq normalarına riayət etdi. 12 avqust 1949-cu il tarixli Dörd Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklər nəzərə alınaraq, təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil edildi, qadınlar, uşaqlar, qocalar, habelə fiziki imkanları məhdud olan şəxslərə və xəstələrə lazımi yardımlar göstərildi. Bu addımlar əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan Respublikası hər zaman üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir.
Mühüm məqamlar sırasında Azərbaycan ərazisində qanunsuz yerləşən işğalçı Ermənistanın qoşun birləşmələrinin tam şəkildə tərksilah edilməsi, ölkə ərazisindən qovulması, marionet xunta rejiminin ləğvi və separatçıların rəhbərlərinin həbsi xüsusi olaraq qeyd edilməlidir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın dalğalanması ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasini bütöv dünya birliyinə bəyan etdi.
Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





