Siyasət

Prezident: Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir

19 İyul 2025 18:38
Baxış: 315

Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı deyib ki, genişlənmə üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. "Ona görə Avropa maliyyə institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq başa çatmış bir məsələ olan mövzu yenidən inkişaf etdirilə bilər", - deyə Prezident əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.