Siyasət

Trend BİA Sankt-Peterburqda OANA-nın XIX Baş Assambleyasında iştirak edir - FOTO

20 İyun 2025 10:15
Baxış: 215

Trend Beynəlxalq İnformasiya Agentliyi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentliklərinin (OANA) XIX Baş Assambleyasında iştirak edir.

İyunun 17-də start götürən tədbir 21-dək davam edəcək.

Panel sessiyası çərçivəsində müasir kütləvi informasiya vasitələrinin üzləşdiyi aktual məsələlər müzakirə olunur.

Qeyd edək ki, OANA (Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı) BMT və YUNESKO-nun təşəbbüsü ilə 1961-ci il dekabrın 22-də Banqkok şəhərində təsis olunub. Bu, planetin yarıdan çox əhalisinin yaşadığı regionda xəbər agentlikləri arasında birbaşa və sərbəst informasiya mübadiləsini təmin etməyi qarşıya məqsəd qoyan ən böyük regional media təşkilatıdır.

Hazırda OANA 33 ölkədən 41 informasiya agentliyini bir araya gətirir. Asiya-Sakit Okean regionu ölkələri ilə yanaşı, təşkilatın tərkibinə Yaxın Şərq və MDB ölkələrinin xəbər agentlikləri də daxildir. Trend İnformasiya Agentliyi OANA-nın üzvüdür.

Baş Assambleya OANA-nın ali idarəedici orqanı hesab olunur və o, hər üç ildən bir çağırılır. Ənənəyə əsasən, Baş Assambleyanı təşkil edən agentlik sonradan OANA-nın sədri seçilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.