Siyasət

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - VİDEO - FOTO

19 İyun 2025 10:50
Baxış: 542

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.

Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.

Görüşdə SOCAR ilə bp arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.