Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Sərəncama dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Milli Məclisi sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşavirinin aylıq vəzifə maaşı 2425 manat müəyyən edilib.
Milli.Az