Siyasət

İlham Əliyev: Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir

28 Aprel 2025 19:06
Baxış: 377

Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Dövlətimizin başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.