Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik "Qelikon-opera" Moskva Musiqili Teatrının quruluşunda "Zoluşka" operasının təqdimatında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan bəstəkarı Leonid Vaynşteynin "Qelikon-opera" teatrının tamaşası hər bir balaca şahzadənin görməli olduğu səhnə əsəridir. Dahi Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan operaya dirijorluğu Xalq artisti Yalçın Adıgözəlov edib.
Tamaşanın təqdimatında TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim Yuli Qusman, azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu - NTV telekanalının baş direktorunun müavini - baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, "Zoluşka"nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir holoqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.
Əsər Şarl Perronun məşhur "Zoluşka"sına əsaslanan, möcüzələr, dönüşmə prosesi və əsl sehrlə dolu, ən müasir teatrlardan birində qüsursuz şəkildə təcəssüm olunmuş, Moskvadakı holoqrafik texnologiyaların və müasir səhnələrin köməyi ilə tamaşaçılara təqdim olunan mehriban musiqili nağıldır.
Heyrətamiz transformasiyalar və sehr genişmiqyaslı dekorasiyalar və müasir holoqrafik texnologiyaların müşayiəti ilə əfsanəvi nağıl əsasında yazılmış opera heç bir tamaşaçını biganə qoymadı. Süjet xəttinə əsasən operada xeyir və gözəllik şər və paxıllığa qalib gəlir.
Tamaşa ərzində qonaqpərvər Nağılbaz bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edib. Tamaşaçılar balqabağın möcüzəli şəkildə faytona, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi oldular. Bundan əlavə, teatrda qonaq olan qızlara büllur ayaqqabını geyinmək nəsib oldu.
Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.
Opera tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı





