Leyla Əliyeva No Fon Li ilə görüşüb - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüş bu ölkənin Milli Təsviri İncəsənət Muzeyində keçirilib. Bildirilib ki, muzey Vyetnamın bədii irsini nümayiş etdirən əsas mədəniyyət ocaqlarındandır. Muzeyin qalereyaları yerli və digər ölkələrdən ziyarətçiləri cəlb edən unikal kolleksiyaya sahibdir. Daimi ekspozisiyalarla yanaşı, burada müvəqqəti sərgilər, uşaqlar üçün yaradıcı məkan da var.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li iki ölkə arasında mövcud əlaqələrin genişlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, Azərbaycanla Vyetnam arasında sıx əməkdaşlıq hələ Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfərini məhz Vyetnama etdiyi vaxtdan başlayıb. Bu gün isə Ümummilli Liderin adını daşıyan Fond iki ölkə arasında münasibətlərin sıx tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq səviyyələrində davam etdirilməsi üçün Vyetnamla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.
Görüşdə dövlət səviyyəsində qurulan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət, təhsil, sosial sahələr üzrə layihələr çərçivəsində daha da dərinləşməsinin vacibliyi vurğulanıb, bu il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə əməkdaşlığının möhkəmlənməsində növbəti addım olacağına əminliklərini ifadə edilib.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1954-cü ildə yazdığı "Vyetnam süitası" əsərinin 2023-cü ildə Hanoy şəhərində premyerasının keçirilməsi, Azərbaycan musiqiçilərinin Vyetnam Milli Musiqi Akademiyası ilə birgə konsert proqramının təşkili kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin, hər iki ölkənin mədəniyyət günlərinin təşkil olunmasının, o cümlədən mədəniyyət xadimlərinin, ziyalıların və gənc fəalların qarşılıqlı səfərlərinin vacibliyi vurğulanıb.
Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələrin bundan sonra da müxtəlif sahələr üzrə davam etdiriləcəyi bildirilib, iki ölkənin turizm potensialı, ətraf mühitin qorunmasına yönələn layihələr diqqət mərkəzində olub. Həyata keçirilən layihələrin ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə xüsusi rol oynadığı qeyd edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı





