Siyasət

Aİ missiyasının Azərbaycan sərhədi yaxınlığında yeni görüntüləri - VİDEO

17 Mart 2025 22:37
Baxış: 709

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən müşahidə missiyasının Laçın və Zəngilan istiqamətlərində fəaliyyətinin yeni görüntüləri yayılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.