Siyasət

Lyova Mnatsakanyan: Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib - FOTO

17 Mart 2025 14:30
Baxış: 425

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, 2015-ci ilin iyun ayında onu qondarma rejimin "müdafiə naziri" - "ordu"nun "komandanı" vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan təyin edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu "vəzifə"yə "təyin olunması" barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib.

Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib. "Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir", - təqsirləndirilən şəxs əlavə edib.

Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı "rəsmi məlumat"a görə, Lyova Mnatsakanyanı "müdafiə naziri" "vəzifə"sinə guya ovaxtkı "prezident" Bako Sahakyan təyin edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.