Kamaləddin Qafarov: “Azərbaycan – Somali əlaqələri intensivləşir”
"Azərbaycanın uğurla ev sahibliyi etdiyi 29-cu Qlobal İqlim Konfransında qaldırdığı məsələlər və əldə olunmuş son dərəcə uğurlu nəticələr bir daha göstərdi ki, dövlətimiz özünün xarici siyasətində ümumbəşəri dəyərləri hər zaman mühüm amil kimi nəzərə alıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında körpü rolunu oynaya bilər və bu kimi təmasların qurulmasına hazırda daha çox ehtiyac var".
Milli.Az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat vurğulayıb ki, inkişaf etməkdə olan və yoxsulluqdan, iqtisadi sıxıntılardan əziyyət çəkən ölkələrə yardım edilməsi getdikcə daha çox aktuallıq kəsb edir. "Buna nail olmağın yollarından biri də beynəlxalq platformalar çərçivəsində dialoqun aparılmasından, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsindən keçir. Cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çərçivəsində hər iki ölkənin dövlət başçıları arasında aparılan müzakirələr də bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilməlidir. Ölkə Prezidenti İlham Əliyevin Somali Prezidentinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da bu səfərin ölkələrimiz arasında perspektivli əməkdaşlıq əlaqələrinin bundan sonra daha yüksək dinamika ilə inkişaf etdiriləcəyi bir daha öz təsdiqini tapıb".
K.Qafarov bildirib ki, Azərbaycan ilə Somali arasında imzalanmış sənədlər bu ölkənin mövcud potensialının iqtisadi inkişafa yönəldilməsinə xidmət edəcək: "İlk növbədə, Prezidentimiz öz bəyanatında birmənalı şəkildə bildirdi ki, imzalanmış sənədlər ikitərəfli əlaqələri bir çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəni aydın şəkildə nümayiş etdirir. Bakıdakı razılaşmalar iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. Cənab Prezident qeyd etdi ki, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Eyni zamanda da vurğulandı ki, Somalinin kənd təsərrüfatında böyük potensialı və Azərbaycanın özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəfləri olduğu nəzərə alınaraq, bu sahədə də kifayət qədər nəzərəçarpan əməkdaşlıq qurula bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?





