"Cənubi Qafqazda sülhə ən çox Ermənistanın ehtiyacı var"
Cənubi Qafqazda sülhün təsis edilməsi rifah yolunu açacaq. Buna da ən çox Ermənistanın ehtiyacı var.
Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Ermənistanın Qarabağı işğal etməsi bir çox kədərə səbəb oldu.
"Öz yurdlarından edilən insanların evləri, gələcəyə olan ümidləri əllərindən alındı. Bütün azərbaycanlılar bu hadisədən təsirləndi. Təəssüfki, beynəlxalq ictimaiyyət Azərbaycanın məruz qaldığı haqsızlığa qarşı səsssiz qaldı. Lakin, bu zülmü edənlərə dəstək oldu. Amma Azərbaycan 30 illik işğaldan sonra öz torpaqlarını azad etdi. Qarabağ torpaqlarında Azərbaycan bayrağının dalğalanlanması qürur mənbəyimizdir.
Azərbaycanın azad edilən ərazilərdə gördüyü bərpa-quruculuq işlərinin sürəti bizi çox məmnun edir",- deyə o bildirib.
M.Çavuşoğlu qeyd edib ki, Ermənistanda dağıdılan Azərbaycanın mədəni mirasının bərpası böyük önəm daşıyır:
"Ermənistanın bununla bağlI UNESCO missiyasına icazə verməməsi təəssüf doğurur. Azərbaycanın səbrli və sülh yönümlü davranışları təqdir edilməlidir".
Qeyd edək ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.
Xatırladaq ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq





