Siyasət

Türkiyə XİN Azərbaycanı təbrik etdi - FOTO

17 Noyabr 2024 11:35
Baxış: 254

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

"Azərbaycanın 36 il əvvəl başlatdığı müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan Milli Dirçəliş Gününü ürəkdən təbrik edir, eyni ruh və inamla ərazilərindəki işğala son verən azərbaycanlı qardaşlarımızın zəfərini bir daha təbrik edirik", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanda Milli Dirçəli Günü qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.