XİN rəhbəri: "Münaqişələr və onların nəticələri iqlim böhranını daha da artıracaq"
İqlim dəyişikliyi qida təhlükəsizliyini, su qıtlığını sürətləndirir və torpağın deqradasiyasına, eyni zamanda insanların yerdəyişməsinə səbəb olur.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov COP29 konfransı çərçivəsində keçirilən "İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət" adlı Yüksək səviyyəli Paneldə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu hadisələr tez-tez qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynayır.
"Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa və inkişafa xələl gətirən pis dövr yaradacaq.
Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi həssas regionlarda, xüsusilə kiçik adalarda inkişaf etməkdə olan dövlətlərdə iqlimə uyğunlaşma və dayanıqlılığı dəstəkləmək üçün maliyyə və texniki resursların səfərbər edilməsini təşviq etmək üçün bu vədləri konkret tədbirlərə çevirməyə olan bağlılığımızı təcəssüm etdirir.
İqlim dəyişikliyinin bir-birinə qarışmış böhranını və qarşıdurma tələbini, sarsılmaz həmrəyliyimizdən və təcili tədbirlərdən başqa heç nə həll edə bilməz",- deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)





