Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikası Baş nazirinin müavini Din Süesən ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Din Süesən Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, COP29-da dövlətimizin başçısının çıxışı çox dolğun və məzmunlu idi. COP29-un yüksək səviyyədə təşkil edildiyini və bundan məmnun olduqlarını deyən Çin Xalq Respublikası Baş nazirinin müavini dedi ki, bu, bir daha onu göstərir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın çox yüksək təşkilatçılıq potensialı var. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyini vurğulayan Din Süesən qısa müddət ərzində Azərbaycanın belə miqyasda iş həyata keçirdiyini vurğuladı.
Çin Xalq Respublikası Baş nazirinin müavini bildirdi ki, Azərbaycanla Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.
Dövlətimizin başçısı da iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək bununla da əlaqələrimizin məzmunca daha da zənginləşdiyini vurğuladı.
Söhbət zamanı COP-un hazırlığı prosesində Azərbaycanın Çinin BYD şirkəti ilə əməkdaşlığı, bu şirkətin elektrik avtobuslarının ölkəmizə idxalı qeyd edildi, COP çərçivəsində hazırda onlardan istifadə olunduğu bildirildi. BYD şirkətinin elektrik nəqliyyat vasitələrinin Azərbaycanda istehsalı ilə əlaqədar razılığın əldə olunduğu diqqətə çatdırıldı.
Ölkələrimizin çoxtərəfli diplomatiyaya və xalqlararası dialoqa böyük önəm verdiyi vurğulandı.
"Bir kəmər, bir yol" layihəsi çərçivəsində əməkdaşlığa toxunuldu, Azərbaycanın bu layihəni dəstəklədiyi bildirildi və son dövrlərdə yükdaşımalarda artım müsbət amil kimi qeyd olundu. Azərbaycanın nəqliyyat infrastrukturunun və Bakı limanının potensialının artırılmasının gələcək yükdaşımalar üçün daha geniş imkanlar yaratdığı bildirildi.
Çinlə Azərbaycan arasında mədəni-humanitar əlaqələrin inkişafından, yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





