ABŞ-dakı seçkilərin dünyaya və Azərbaycana təsirləri nə olacaq? - AÇIQLAMA
Xəbər vediyimiz kimi, amerikalılar bu gün 47-ci ABŞ prezidentini seçmək üçün səs verir. Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.
ABŞ-dakı seçkilər Azərbaycan üçün nəyi dəyişəcək?
Mövzu ilə bağlı Milli.Az-a politoloq Yusif Bağırzadə açıqlama verib.
O bildirib ki, ABŞ-da kimin seçki yarışının qalibi olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Çünki ABŞ qanunvericiliyində seçkilərdə son söz sahibi faktiki olaraq seçicilər deyil.
"Seçilmiş nümayəndələrin, yəni təmsilçilərin sayı həlledicidir. Məsələn son seçkilərdə Tramp ABŞ tarixində seçicidən ən çox səs alan namizəd olmasına baxmayaraq nümayəndələrin səs çoxluğunu ala bilmədiyi üçün prezident seçilə bilmədi. Və ya ondan əvvəlki seçkilərdə Tramp və Klinton mübarizəsində Klinton seçicilərdən daha çox səs almasına baxmayaraq təmsilçilər Trampa üstünlük verdikləri üçün president də Tramp seçildi. İndi də seçici səsləri ilə proqnozlarda namizədlər arasında olduqca cüzi səs fərqi olmasına baxmayaraq təmsliçilərin kimə üstünlük verəcəyi məlum olmadığı üçün nəticəni də proqnozlaşdırmaq çətindir".
Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında keçiriləcək Prezident seçkilərinin nəticələri təkcə Amerikada hiss edilməyəcək, eyni zamanda, bu, bütün dünyada hiss olunacaq.
"Seçkilərin nəticələrinin bizim üçün nəyi dəyişəcəyinə gəldikdə isə təbii ki, Amerikanın oturuşmuş xarici siyasəti var və buna görə də, ABŞ-ın xarici siyasət strategiyası davam edəcək. Lakin burada bir məqam var ki, onu da qeyd etmək zəruridir. Tarixə nəzər salsaq görərik ki, ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq onlar Azərbaycanla müqayisədə Ermənistana hər zaman daha yaxın olublar. Elə müxtəlif hakimiyyətlər dövründə ATƏT-in Minsk qrupu həmsədri qismində Ağ evin mövqeyi və işğala məruz qalan ölkəni deyil, prossesin uzanması ilə işğalçıya dəstək verdikləri bunun bariz sübutudur. O başqa məsələdir ki, Respublikaçılarla müqayisədə Demokratların hakimiyyəti dövründə biz ABŞ tərəfindən daha çox təzyiqlərlə üzləşmişik. 907-ci düzəlişin tətbiqi, sanksiyalarla bağlı hədələr və bir çox digər məsələlər məhz Demokratların hakimiyyəti dövründə baş verib. Elə indi də Bayden hakimiyyətinin və ermənilərə xüsusi simpatiyası ilə seçilən Harrisin mövqeyinə baxanda görərik ki, onlar Ermənistanın silahlandırılması və maliyyə dəstəyi fonunda ölkəmizə qarşı təzyiq kampaniyasını davam etdirirlər.
Digər bir məsələ də var ki, o da İkinci Qarabağ savaşı və həmin dövrdə ABŞ-ın sərgilədiyi mövqe ilə bağlıdır. Biz İkinci Qarabağ savaşına məhz Trampın hakimiyyəti dövründə başladıq və işğalçı üzərində qələbə çaldıq. Həmin dövrdə ABŞ-ın mövqeyi ancaq atəşkəsə çağırışla bağlı oldu və quru bəyanatlardan o yana keçmədi. Yəni biz Trampın birinci hakimiyyəti dövründə Azərbaycana qarşı sanksiyaların tətbiqi və ya digər hədələrlə üzləşməmişik.
Düşüncəmə görə indi də Trampın hakimiyyətə gələcəyi halda Bayden hakimiyyətində olduğu həddə təhdidlər və təzyiq olmayacaq".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi





