Prezident komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına qatarlar barədə məlumat verdilər.
Bildirildi ki, "Qlobalnıye Transportnıye Reşeniya" MMC ilә "Bakı Metropoliteni" QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.
Diqqətə çatdırıldı ki, "81-765 Б/766 Б" seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәsilә mәnsubdur. Vaqonlar "Bakı Metropoliteni" QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub.
Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.
Dövlətimizin başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxdı.
Qeyd edildi ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)





