Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

17 Oktyabr 2024 18:15
Baxış: 298

17 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramov 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək "3+3" formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.