Siyasət

Elçin Əmirbəyov yaponiyalı həmkarları ilə Ermənistanla sülh prosesini və COP29-u müzakirə edib - FOTO

17 Oktyabr 2024 14:02
Baxış: 239

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin statusu və gələcəyi, Bakı ilə İrəvan arasında sülh prosesi və Bakıda keçiriləcək COP29 konfransı müzakirə edilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə "X" sosial şəbəkəsində bildirib.

"Yaponiyaya işgüzar səfəri çərçivəsində Elçin Əmirbəyov Yaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən, milli təhlükəsizlik müşaviri Takeo Akiba, xarici işlər üzrə dövlət naziri Kiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşərək, Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti, perspektivləri və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çağırışlar, eləcə də, Bakıda keçiriləcək COP29 barədə müzakirələr aparıb", - o qeyd edib.

Səfir əlavə edib ki, Elçin Əmirbəyov Yaponiyanın Beynəlxalq Əlaqələr Forumu (JFIR) çərçivəsində "Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi şans: çağırışlar və imkanlar" mövzusunda çıxış edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.