İran İsrailə niyə hücum etdi? - Türkiyəli məşhur ekspert açıqladı
"31 iyulda biz HƏMAS lideri İsmayıl Haniyənin, bir neçə gün öncə isə "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsinin şahidi olduq. Arxasınca isə Livana qarşı quru əməliyyatının başlaması İranın İsrailə raket hücumuna səbəb oldu. İran ideoloji üstünlüyü əldən verməmək üçün İsrailin Livandakı quru əməliyyatının qarşısını almaq istədi".
Milli.Az xəbər verir ki, bu sözləri oxu.az-a İranın İsrailə raket hücumu barəsində danışan Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

"İsrailin ölkə daxilində qapalı hərbi bölgə elan etdiyi bir yer var. Bura Kefar Gladi və Misgav Am kibbutzlarını (İsraildə kollektiv icma növü - red.) və Metulla şəhərini əhatə edir. Sözügedən qapalı hərbi bölgənin qarşısında, sərhədə yaxın bölgədə Livanın Kafr Kila kəndi var. Kafr Kilada isə "Fatimə qapısı" (Bab əl-Fatimə) adlı bir yer mövcuddur. Bura şiə hilalının şimal-qərbindəki ucunun dəydiyi və rəmzi mənası olan yerdir. İran və "Hizbullah" öz mübarizəsini tarixi və dini ideologiya baxımından əsaslandırmaq üçün buradan istifadə edirlər.
Digər tərəfdən, "Hizbullah" özünü İsrailə və Qərbin dəstəklədiyi qüvvələrə qarşı müqavimətin lideri olaraq təqdim edir. "Fatimə qapısı" və onun dini mənasının bu müqaviməti dəstəkləmək üçün birləşdirici və ilhamverən bir amil kimi "Hizbullah" üçün xüsusi önəmi var. Bu qapı 1982-ci ildən bəri bağlıdır. İranın "Ümmul Küra" (Qurani-Kərimdə Məkkə üçün istifadə olunan addır - red.) nəzəriyyəsinə görə, İsrailin "Fatimə qapısı"ndan keçib Qüdsə girəcəyi barədə bir yanaşması var. Rəsmi Təl-Əviv də bunu çox yaxşı bilir. Fikrimcə, Livanda həyata keçirilən əməliyyatların və atılacaq addımların əsas hədəflərindən biri həmin yeri ələ keçirməkdir. İranın İsrailə qarşı gecə boyunca həyata keçirdiyi raket hücumunun əsas səbəblərindən biri də bunu əngəlləmək və ideoloji baxımdan zəif vəziyyətə düşməmək idi", - ekspert qeyd edib.
Alim İsrailin mövcud hava hücumundan müdafiə (HHM) sistemlərindən də bəhs edib:
"Son hücumla bağlı isə deyə bilərəm ki, İsrailin "Dəmir qübbə" sistemi 40 km mənzilli raketlər üçün nəzərdə tutulub. Ancaq ballistik raketlərə qarşı İsrailin "Arrow-3" və ya digər adı ilə "Hetz-3" atmosferdənkənar hipersəs raketdən müdafiə sistemi, atmosferdaxili hücumlar üçün "Arrow-2" müdafiə sistemi mövcuddur. Güclü silahlı PUA-lar və sairə qarşı isə "Davud sapandı" (David`s Sling) adlı müdafiə sistemi var.
Qaz çıxarılan sahələri qorumaq üçün "Saar 6" korveti və digər top sistemlərindən istifadə olunur. Yəni İranın ballistik raketlərlə etdiyi hücumu dəf edə biləcək əsas sistemlər "Hetz-2" və "Hetz-3"lərdir. Sonuncu hücum İranın Dəməşqdəki diplomatik nümayəndəliyin vurulmasına verdiyi cavabla müqayisədə daha güclüdür. Bundan əvvəl ABŞ İsrail üçün yalnız "Patriot"ları yox, həmçinin THAAD yüksək hündürlükdə hava hücumundan müdafiə sistemini də göndərib. THAAD-lar atmosferdənkənar raket hücumları üçün nəzərdə tutulub və 200 km radiusda 150 km hündürlükdəki hədəfləri vura bilir və 3 500 km-ə qədər mənzilli ballistik raketlərə qarşı təsirlidir. İran bununla atmosferdənkənar raket hücumlarını təşkil etmək gücündə olduğunu göstərmək istədi".
A.Ağar rəsmi Tehranın son addımının iki mümkün nəticəsindən bəhs edib:
"İran İsraili növbəti addımlardan çəkindirmək istəyir və hücumu özünümüdafiə hüququ ilə əsaslandırır. Ancaq bunun hansı dərəcədə effektiv olduğunu yaxın gələcəkdə görəcəyik. Çünki İsrail ABŞ-nin yalnız onu dəstəkləməsinə deyil, eyni zamanda, birbaşa gedən toqquşmaların tərəfi olmasına çalışır. ABŞ daha əvvəl İsrailə dəstək üçün "A-10", "F-15 E", "F-22" qırıcılarını göndərib. Vaşinqtondan verilən son açıqlamada bunlara əlavə olaraq, böyük hərbi heyətlə birlikdə eyni növ qırıcıların göndəriləcəyi bildirilib. Bu ana qədər İran öz gücünü bildiyi üçün ABŞ və müttəfiqləri ilə qarşı-qarşıya gəlməmək məqsədilə gözlədi və bunu "strateji səbir" adlandırdı. Digər bir səbəb isə indiyədək tərəflərin bir-birini gücdən salmaq üçün mübarizə aparması idi.
Hazırda isə vəziyyət tamamilə fərqlidir və daha təhlükəlidir. Yaxın gələcəkdə baş verə biləcək hadisələrlə bağlı iki ssenari mövcuddur. Birincisi odur ki, İranın raket hücumu nəticə verəcək və gərginliyin miqyası genişlənməyəcək. Başqa bir ssenariyə görə isə, bir tərəfdə rəsmi Tehran, digər tərəfdə isə İsrail və ABŞ birbaşa müharibəyə girəcəklər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)





