Azərbaycan COP29 çərçivəsində iqlim problemlərinin həllində əməkdaşlıq ruhunu gücləndirmək üçün hər cür səy göstərəcək - XİN rəhbəri
Azərbaycan COP29 çərçivəsində iqlim problemlərinin həllində əməkdaşlıq ruhunu gücləndirmək üçün hər cür səy göstərəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 16-cı plenar iclasında çıxışı zamanı deyib.
"Dünyada artan fikir ayrılıqları bizi əsrin ən böyük transmilli çağırışı olan iqlim dəyişikliyi ilə təcili mübarizə zərurətindən yayındırmamalıdır. İndiyə qədər görülən işlər qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün hələ də kifayət deyil. Gələcək naminə, davamlı inkişafa dair qlobal vizyona dair öhdəliklərimizi həyata keçirmək üçün təcili, birgə və davamlı səylər göstərməyin vaxtıdır. 2024-cü ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası milli səviyyədə keçiriləcək. Azərbaycan yaşıl dünya naminə həmrəylik çağırışını rəhbər tutaraq, ümumi öhdəlik və mənəvi borc kimi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bir-birinə yaxınlaşdırmaq və iqlim problemlərinin həlli üçün əməkdaşlıq ruhunu gücləndirmək üçün hər cür səy göstərəcək".
Nazir qeyd edib ki, yeni sədr kimi Azərbaycan COP29-un şəffaf, qərəzsiz, əhatəli və bütün tərəflərin maraqlarını nəzərə almaqla keçirilməsinə sadiqliyini bir daha təsdiqləyir:
"COP29-a ev sahibliyi etmək və builki konfransa sədrlik etməkdə beynəlxalq ictimaiyyətin bizə göstərdiyi etimad Azərbaycanın iqlim gündəliyinə rəhbərlik etməyə və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfə verməyə hazır olduğunun sübutu və etirafıdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)





