Aİ-nin Azərbaycanla bağlı "narahatlığı" var
Ötən gün, 11 sentyabr hadisələrinin ildönümündə Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin iclasında İQAK-ın 3 iyul tarixli ictimai bəyanatına əsaslanaraq Azərbaycana qarşı tənqidi mövqe sərgiləyib. Bəyan olunub ki, Aİ guya Azərbaycanda "artan" həbslərdən narahatdır. Hətta, onlar Azərbaycana çağırış edərək "siyasi məhbusların" "işgəncə"dən qorunmasını, təhlükəsiz şəraitin təminatını istəyiblər. İddia edilib ki, guya Azərbaycanda insan haqları tapdalanır.
Aİ-nin bəyanatında həqiqət olan bir söz var. O, da narahatlıq. Düzdür, Aİ-nin Azərbaycanla bağlı narahatlıqları var. Amma, bu narahatlıqlar heç də bəyanatda qeyd olunduğu kimi insan haqlarının "tapdalanması", "işgəncə", "artan həbslər" ilə bağlı deyil. Onların narahatlığı Azərbaycanın tarixi qələbə ilə Cənubi Qafqazda yeni reallıqlar yaratmasıdır. Ümumiyyətlə, həm müharibə dövründə, həm də, ondan sonrakı dövrdə Qərb Azərbaycana qarşı əsl üzünü göstərmiş oldu. Onlar Ermənistanı dəstəkləməklə, ermənilərin təsiri altında Avropada anti-Azərbaycan mühiti formalaşdırmaqla maskalarını yırtmış oldular.
Maraqlıdır ki, Azərbaycanı insan haqlarının tapdalanmasında ittiham edən Aİ, bu bəyanatı hazırlayanlar heç Avropa ölkələrindəki vəziyyətə dönüb baxmayıblar? Əlbəttə, yox. Çünki, onlara Avropada erməni lobbisinin dəstəyi ilə anti-Azərbaycan mövqeyi yaratmaq lazımdır. Onlar üçün insan haqları, hüquqların tapdalanması maraqlı deyil. Tək dərdləri aldıqları qonorarlar müqabilində iş görüntüsü yaratmaqdır.
Azərbaycana qarşı qarayaxma kampaniyasının başında Fransa dayanır. Ermənidən daha çox erməni olan Makron bu təbliğatın baş dəstəkçisidir. Hazırda ölkəsində yaşanan siyasi böhranı həll eləməkdənsə Azərbaycanın daxili işlərinə də müdaxilə etməyə çalışan Makrona xatırlatmaq lazımdır ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.

Avropada anti-Azərbaycan təbliğatının formalaşmasında ikinci tanınmış sima Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabedir. O, Azərbaycanı bütün dünyanın diqqət mərkəzində saxlayacaq COP29 sammiti çərçivəsində xüsusi canfəşanlıq göstərir. Adı korrupsiya qalmaqallarında hallanan Şvaben erməni lobbisi tərəfindən maliyyələşdiyinin gün kimi ortada olduğundan xəbərsizdir. AŞPA-dakı sosial-demokratlar qrupunun və Almaniyanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri olan Frank Şvabe siyasi karyerasını anti-Azərbaycan, anti-türk və anti-İslam tezislər üzərində qurub. Himayədarlarının verdiyi konkret təlimatla hərəkət edən Şvabe Almaniyalı öz ölkəsində və Ermənistanda baş verənlərə göz yumsa da, Azərbaycanda baş verən prosesləri "diqqətlə" izləyir.

Yaxşı olardı ki, Aİ Azərbaycan əleyhinə əsassız bəyanatlar səsləndirmək əvəzinə, Avropa İttifaqına üzv dövlətlərdə insan hüquqlarının pozulması hallarına baxsın. Məsələn, Aİ-nin Fransa "sarı gödəkçələr" aksiyaları zamanı etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobiya və müsəlmanlara qarşı hücumların hələ də araşdırılmayıb.
Rəsmi Bakının da qeyd etdiyi kimi, Azərbaycanda bütün vətəndaşların hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiəsi beynəlxalq standartlara uyğun şəkildə təmin edilir. Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatları Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqenin nümayişidir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzli münasibəti göstərir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
XƏBƏR LENTİ
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başladı
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı





